"Məmurlar çevriliş niyyətindədir" - Partiya sədrindən şok ittiham

img

20-08-2016 [13:29]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkə məmurlarını çevriliş niyyətində ittiham edib. 

Partiya sədrinin sözlərinə görə, məmurlar uzun illər ərzində yığdıqları pulları qoruyub saxlamaq və bu vəsaitdən qorxusuz şəkildə istifadə etmək üçün ölkə daxilində çevrilişin reallaşmasında maraqlıdır:

"Məmurlar çevriliş niyyətindədir. Onlar yığdıqları pulları qoruyub saxlmaq üçün çevriliş etmək istəyir. Istəyirlər ki, Azərbaycanda çevriliş olsun, onlar da yığdıqları pulları rahat yesinlər. Bunların məqsədi budur. Məmurlar mənim qardaşıma xəyanət edirlər. Mən isə buna imkan vermirəm. Bütün gün ideoloji mübarizə aparıram. Qoy onlar düşünməsin ki, istədikləri addımı atacaqlar və bunları görən, onların qarşısına çıxan olmayacaq”.

moderator


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA