27-08-2016 [13:05]
Xalq artisti Flora Kərimova SSRİ Xalq artisti Zeynəb Xanlarova haqqında daha ağır ittihamlar səsləndirib.
Big.az-a danışan Flora Kərimova bildirib ki, Zeynəb Xanlarovanı nə sənətkar, nə də siyasətçi kimi qəbul etmir:
"Saytdan zəng gəlmişdi, müsahibə istəyirdilər. Səhhətim yaxşı deyildi deyə, razı olmurdum. Sonra hörmətli bir şəxs zəng elədi, xahiş etdi deyə, mən də razılaşdım. Jurnalistləri gətirib, gəldi bizim bağa...
Söhbətə başladıq. Bu aləmdə olan insanların etibarsızlığından söhbət düşdü. Zeynəb Xanlarovadan danışdıq. Amma mən bunu müsahibə üçün demədim, yəni etibar edib, aramızda söhbətləşdik. Məlumat mətbuata yayılıb, mən dediyimi inkar etmirəm. Zeynəb Xanlarovanın sənəti, səsi yoxdu. Bəli mən indi də təsdiq edirəm, hansı bir konserti izləsəniz görərsiniz ki, Zeynəb Xanlarova "xoruz" buraxırdı, xoruzsuz keçinmirdi. Zeynəb Xanlarova şuxluqdan başqa səhnəyə heç bir şey gətirmədi. Əlavə edirəm, o, səhnəyə mədəniyyət gətirə bilmədi!
Zeynəb Xanlarovanın çörəyi dizinin üstündə idi. Heydər Əliyev Zeynəb Xanlarovaya çörək verdi, o isə çörəyə naxələflik etdi, çıxıb A. Mütəllimovun səsverməsində ona dəstək istədi. O dəstək üçün də A. Mütəllimov ona H. Əliyevin qardaşının evini hədiyyə verdirdi. Bu etibarsız Heydər Əliyevin zəhmətinə, onun üçün etdiklərinə belə qiymət verdi. Gedib illərdi o evdə yaşadı.
Sonra Ələkbər Tağıyevin mahnılarını oxudu və onunla da zirvəyə qalxdı. Çünki H. Əliyev cənablarının xoşu gəlirdi həmin mahnılardan ...
Heydər Əliyev böyük adam idi ki, Zeynəb Xanlarovanı bağışladı. SSRİ xalq artisti adını da ona Heydər Əliyev verdirdi... O da utanmadı, arsız-arsız gedib Əziz Əliyevin evində yaşadı. Mən nə deyirəm haqlı deyirəm, düz deyirəm. Zeynəb Xanlarova ağzını açsa, Şəki məsələsini yadına salaram. Heydər Əliyev sayəsində onu Türkiyədə əl üstündə qarşıladılar. Bir sözlə, Z. Xanlarovanın çörəyi dizi üstündədir".
Flora Kərimova iddia edir ki, Zeynəb Xanlarova dəfələrlə onu təhdid edib:
"Məni təhdid etdirirdi. Ərinə, ona, buna zəng elətdirirdi... Axırda bezdim, dedim ki, mən ər çörəyi yeyirəm. Heç kəs məni qorxuda bilməz bu həyatda ... Bizim onla ədavətimiz onun ikiüzlüyündən sonra başladı. Onun mənə qarşı səhvi bir olmayıb, iki olmayıb, çox olub. Onu nə müğənni, nə də millət vəkili olaraq qəbul etmirəm. O, siyasətçi ola bilməz".
Pentaqondan İranla savaş barədə açıqlama: "140 hərbçimiz yaralanıb"
YENİ YAŞ: NƏ YAXŞI Kİ, MÜƏLLİMƏM!
İranın 4 diplomatı həlak olub - Livanda
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
AFFA Region Liqasında pley-off mərhələsinin püşkü atılıb
Çempionlar Liqası: "Qalatasaray" - "Liverpul" oyununda qapılara 3 qol vuruldu, ikisi sayılmadı (Yenilənib)
Departament müdiri vəzifədən getdi
Türkiyədə vəzifəli şəxs katibə ilə evdə "yaxalandı" və...
Avropa çempionatı: iki güləşçisimiz finala yüksəlib (Yenilənib)
Kanadadakı ABŞ Konsulluğunda silahlı insident: nə baş verib?
Ramazanın 21-ci gününün duası: imsak və iftar vaxtı
İki qanlı futbolçuya futbol ömürlük qadağan olundu - Səbəb
İsrail Beyrutu bombalayıb
İran BƏƏ-ni 9 ballistik raket, 35 PUA ilə vurdu - 6 nəfər həlak olub
Finlandiya prezidenti İlham Əliyevə zəng edib
İsrafçılıq və ehtiyac
İsraildə Azərbaycan vətəndaşları həlak olub (Yenilənib)
Daha bir tiktoker həbs edildi
Gəncənin Baş planı təsdiqlənib
Könül Həmzəyeva axtarışa verildi
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
Kartof niyə bahalaşır? - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul edib
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub
"Qoşadaş"da dəniz dibinin tədqiqatına başlanılır - Açıqlama
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb
Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi