Daha 40 iş adamı yaxalandı - FETÖ əməliyyatı

img

27-08-2016 [11:37]


Türkiyənin İstanbul Anadolu Prokurorluğunda terror təşkilatları FETÖ-yə maddi dəstək verilməsi iddiası ilə keçirilən istintaq tədbirləri çərçivəsində 40 iş adamı yaxalanıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, tutulan iş adamlarının arasında AKFA Holdinqin idarə heyətinin sədri Fatih Aktaş, köməkçisi Fərhat Aktaş, Bank Asya-nın hakim ortaqları Həsən Sayın və İbrahim sayın qardaşları, Fi Tikinti-nin İdarə Heyətinin sədri Fikrət İnan "FETÖ üzvü olmaq”, "terror təşkilatına maddi dəstək vermək” və "cinadətdən qaynaqlı mal varlığı dəyərlərini təmizləmək” maddələri günahlandırılaraq, tutulublar.
Qeyd edək ki, Anadolu Prokurorluğunda FETÖ-yə maddi dəstək verdikləri iddiası ilə AKFA Holdinq və holdinqə bağlı 44 şirkət ilə ortaqları və işləyənlərinə qarşı keçirilən əməliyyat nəticəsində nəzarət qərarı çıxarılan 120 nəfər şübhəlidən 102-si nəzarətə alınmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA