Müğənninin oğlu polisə bıçaq çəkib? - Açıqlama

img

26-08-2016 [15:31]


Müğənni Əli Mirəliyev oğlunun polis tərəfindən saxlanılması barədə danışıb.

Mia.az xəbər verir ki, sənətçi ölkə.az-asöhbətində bildirib ki, oğlu klinikalardan birinin qarşısında dayanıb bir qohumunu gözlədiyi vaxt yol polisi başqa bir sürücünü saxlayıb:

"Oğlum da görüb ki, yetimin birini saxladılar, yazırlar. Yaxınlaşıb, elə oradaca mübahisə yaranıb. Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparmışdılar, getdim buraxdırdım. Polisə bıçaq çəkmək söhbəti isə yalandır".

Qeyd edək ki, xəbəri azxeber.com saytı yayıb. Bildirilirdi ki, Ə.Mirəliyevin oğlu polisə bıçaq çəkib.


Digər xəbərlər
SON XƏBƏRLƏR