Lənkəranskinin qətli ilə bağlı bir nəfər Rusiyada axtarılır - 2 nəfər saxlanılıb

img

26-08-2016 [12:28]


"Qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) İstanbuldaqətlə yetirilməsinin fiqurlarından biri Rusiyada 5 ölüm faktına görə axtarılır.

Bu haqda Türkiyənin "Hürriyet” qəzeti məlumat yayıb.

Həmin şəxsin Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilən Hacı Beyləqanlı (Talıbxanlı) olduğu bildirilir. Qətldən dərhal sonra o və "qanuni orru”nun iki silahdaşı – Zaur Sumqayıtlı və Vahid Bakılı saxlanılıb.

Onların Canıyevin güllələnməzdən əvvəl hoteldəki görüşdə iştirak etdikləri məlum olub. Bundan başqa, bəzi informasiyalara görə, saxlanılanlar Canıyevin "ştatlı” killerləri olublar və Hacı Bakinskinin öldürülməsində iştirakçılardır. 

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA