2-ci kurs tələbəsi niyə intihara cəhd elədi? - Prokurorluq araşdırma aparır

img

25-08-2016 [22:52]


Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Hacalıkənd kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü Həmidova Nuranə Şahin qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının ikinci kurs tələbəsi olan Nuranə Həmidovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA