"Polis rəisi məni şərlədi" - Ali Məhkəmənin qarşısında aksiya (FOTOLAR)

img

23-08-2016 [16:12]


63 yaşlı Əmirov Yusif Abbas oğlu 10 il azadlıqdan məhrum etmə cəzasına etiraz olaraq Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirib.

Bizimyol.info xəbər verir ki, şikayətçi Şərur rayonunun polis rəisi olmuş Salman Vəliyev tərəfindən şərlənərək qanunsuz həbs edildiyini iddia edir.

O, bildirib ki, polis rəisi onun həyat yoldaşını sevirmiş və ona görə də onu şərləyib. Şikayətçi adam öldürməkdə ittiham edilib.

Hal-hazırda azadlıqda olan Y. Əmirov ona bəraət verilməsini tələb edir. Aclıq aksiyasına başlayan şikayətçi, tələbi yerinə yetirilməyənə qədər aclıq aksiyasına davam edəcəyini bildirib.

Az sonra polis əməkdaşları Yusif Əmirovu polis bölməsinə aparıblar.

63 yaşlı şikayətçi Ali Məhkəmənin qarşısında aksiya keçirib
63 yaşlı şikayətçi Ali Məhkəmənin qarşısında aksiya keçirib


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA