Türk polisi "lotu"lara qarşı əməliyyata başladı - Rövşən Lənkəranskinin qətli ilə bağlı...

img

23-08-2016 [15:54]


Türkiyə hakimiyyəti "qanuni oğru” Rövşən Lənkəranskinin qətlindən sonra ölkə ərazisində məskunlaşan kriminal avtoritetlərə qarşı "təmizləmə” əməliyyatına başlayıb.

Bu barədə "Sputnik” agentliyi məlumat yayıb.

Xatırladaq ki, Lənkəranski ləqəbli Rövşən Caniyev ölümündən əvvəl İstanbulun Beşiktaş rayonundakı otellərin birində qalırdı. Agentlik bildirir ki, Rövşən Lənkəranski Türkiyədə getdikcə daha çox təsir qüvvəsi toplayırdı və "bir nömrəli oğru” Zaxari Kalaşovun ("Şakro Molodoy”) əsas hədəfinə çevrilmişdi. Kalaşovun həbsindən sonra Rövşən təsir qüvvəsini artırmışdı. 

"Sputnik” yazır ki, onun avtomobilini hər iki tərəfdən gülləbaran edən şəxslərin kimliyi bağlı bir neçə versiya var.

Versiyalardan biri yerli kürdlərin cinayətdə əlinin olmasıdır. Əsas versiyada Rövşən Lənkəranskinin qatili kim "Şakro Molodoy”un adamları – Laşa Şuşanaşvili ("Laşa Rustavski”), Yuri Piçuqin ("Piçuqa”), Vasili Xristoforov ("Vasya Voskres”) göstərilir. 

Hal-hazırda isə Türkiyədə Rövşən Lənkəranskiyə yaxınlığı ilə tanınan Merab Canqveldzeyə qarşı "ov” gedir. O da öldürülsə, "İstanbul klanı” başsız qalacaq. 

Xatırladaq ki, Rövşən Caniyevin öldürülməsi ilə bağlı İstanbul polisi ona yaxın üç kriminal avtoriteti həbs etmişdi. Həbs olunan şəxslər Hacı Beyləqanski, Zaur Sumqayıtski və Vahid Bakinski idi. İlkin iddiaya görə onlar cinayətdən əvvəl Caniyevin qaldığı oteldə görüş keçiriblər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA