23-08-2016 [11:28]
Ekranın maarifçilik, sosial-pedaqoji funksiyası ilk növbədə cəmiyyətin formalaşmasına ünvanlanan missiyaların toplumunu özündə əks etdirir.
Böyük ekrandan fərqli olaraq, televiziya ekranı yuxarıda sadalanan funksiyaların daha çevik, operativ və effektiv şəkildə, özü də bütün tamaşaçı kütləsinə birbaşa çatdırmaqla sosial sifarişi zəruri istiqamətdə yerinə yetirmiş olur.
2006-cı ildə "ANS Şirkətlər Qrupu”nun tərkibində təsis edilən "Bakı Film” Kinostudiyası, həm böyük ekranın böyük qayğılarını, həm də televiziya ekranının boşluqlarını doldurmaq məsuliyyətini öz üzərinə götürərək, cəmiyyəti əcnəbi ekranlardan milli ekrana köklədi.
Bəs, milli ekran tamaşaçıya nə vəd edirdi? Azərbaycan tamaşaçısı ekranda nəyi və necə görməli idi?
Cəmiyyətin televiziya ekranına göndərdiyi tələb ismarıcı ilk növbədə, öz daxilində olan neqativ və pozitiv xüsusiyyətləri görmək və onları doğru-dürüst saf çürük etmək marağından irəli gəlirdi. Dövlət nə qədər güclü və inkişafedici amillərə söykənsə də, içəridə kök salan haram və halal konteksi, acgözlük, özgənin var-dövlətinə hərislik meyarlarından heç də uzaq deyil.
Biz ilk növbədə cəmiyyətimizin hansı üzvlərini ifşa etməliyik? Və bu ifşadan sonra cəmiyyət nə qazanacaq?
Hər halda itiriləcək heç nə yox idi. "Bakı Film” Kinostudiyası, Kinostudiyanın təsisçisi Vahid Mustafayevin ideyası və baş prodüserliyi ilə 2008-2009-cu illərdə 11 seriyalı "Qaydasız döyüş” serialına (ssenari müəllifləri Kamran Qasımov, İlqar Fəhmi) imza atdı.
Televiziya ekranımız ilk dəfə idi ki, öz tamaşaçısını silkələyirdi. Serialın hər seriyasını diqqətlə izləyən ən sadə vətəndaş belə heç şübhəsiz ki, barmağını dişləyərək, öz-özünə demişdi:
"Axı burnumuzun ucunda idi, niyə bunları görmürdük?” "Qaydasız döyüş” cəmiyyətə son dərəcə zəruri mesaj verirdi: "Dövlətin yuxarı eşalonlarında kök salmış mafioz qruplaşmalar, korrupsiyaya qurşanmış qüvvələr öz çirkin əməlləri ilə dövlətin inkişafına mane olur, hər bir vətəndaşın haqqını tapdalayaraq, onun gələcəyini şübhə altına qoyur”.
"Qaydasız döyüş” cəmiyyəti bu tip problemlərə daha ayıq olmağa səsləyirdi. Serialın baş verən hadisələr fabula xarakterinə malikdir, şaxələnən süjet xətləri seriyalar boyu vahid ana xətdə pərçimlənir, hadisələr daha da gərginləşir. Serialın süjet xətti ilə bağlı istehsalçı qurum tərəfindən yayımlanan rəsmi sinopsisdə qeyd olunur: "Bu film əsəri gənc, intellektual nəsillə, pul, var-dövlət, vəzifə hərisliyini həyat amalı seçən nəsil arasında gedən gizli münaqişəyə həsr olunub. Əslində, hər şey aydındır: köhnə maqnatlar öz yerlərini tenderlə qalib gələn gənclərə verməlidirlər. Amma onlar öz gəlir və postlarından asanlıqla əl çəmək istəmirlər, yüksək vəzifə eşelonlarında arxa axtarır, yeri gələndə kriminal hərəkətlərdən çəkinmirlər.
Əsas süjet xətti gənc azad sahibkar Kənan Kərimli(Rəşad Səfərov) ilə mafioz qruplaşmanın başçısı Akif Səmədovun(Elxan Quliyev) mübarizəsi üzərində qurulub. Akif Səmədov Kənanın milli istehsalı genişləndirmək cəhdlərinin qarşısını hər vəchlə almağa çalışır. Quldurluq, oğurluq, insan ölümü, narkotika alveri və bir çox başqa çirkab işlərdə birbaşa əli olan Akif Səmədovun qadın alverində adı hallanması və bu işə digər qadınları da cəlb etməsi onun qaranlıq və pisliklərlə dolu həyatının ən pik nöqtəsi olur. Gənc biznesmen Kənan Kərimli isə polislərlə bərabər mafioz qruplaşmanın başçısı Akif Səmədovla mübarizə aparır. Lakin təəssüflər olsun ki, insanların güvən yeri sayılan polislər arasında da Rauf Ələsgərov (Anar Heybətov) kimi peşəsinə layiq olmayanlar var”.
Bu, əslində televiziya ekranında neorealizmin təqdimatı idi...
Dünya kinematoqrafiyasının tarixində neorealizmin meydana gəlməsi, cəmiyyətin sosial sifarişinin bəhrəsi idi. Məsələn, necə ki, bir zamanlar İtaliya tamaşaçıları neorealizm cərəyanının köməyi vasitəsilə həmin dövrə qədər görümüş olduqları hamar, səliqəli Roma, Milan küçələrindən, palçıqlı, kasıb, uçulub tökülmüş evlərlə zəngin olan məhəllələrə boylanmışdılar.
Əslində "Qaydasız döyüş” Azərbaycan teleekranında serial xətti üzrə neorelaizm ənənələrin təməlini qoydu. Azərbaycan tamaşaçısı yaşadığı cəmiyyəti çirkablığı ilə görməyə başladı ki, bu da onun xeyrinə idi. 2009-cu ilin 26 oktyabr tarixində ANS Televiziyası ilə yayıma başlayan "Qaydasız döyüş” serialı, hər həftənin şənbə günü, axşam saatlarında işdə, istirahətdə, küçədə, bir sözlə müxtəlif təyinatlı müxtəlif məkanlarda olan hər bir vətəndaşı öz ətrafına toplamağı bacarırdı.
Cəmiyyət ilk dəfə idi ki, bədii televiziya ekranında öz problemlərini görürdü. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında ölkədə mövcud olan korrupsiya faktlarına qarşı amansız mübarizənin vacibliyini vurğulayıb, bununla bağlı tapşırıqlarını verib. Bu qətiyyətli mövqenin yanında olan "Qaydasız döyüş” serialı əslində korrupsiyanın mexanizmini ortaya qoymağı bacarmışdı. Qadın alveri, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mafioz qruplaşmanın dayağı yüksək eşalonlarda vəzifə tutan dövlət qulluqçularıdır. Amma bu dayaq əslində "nəhəng” anlaşmadır.
Serialın sinopsisində qeyd edildiyi kimi, mafioz qruplaşma ilə korrupsiya adlı bəlanı birləşdirən tender prosesi var ki, onun da mahiyyətində yerli istehsalın qurulmasının onların xeyrinə deyil, haram yollarla pul qazanmaq naminə qonşu ölkələrdən vaxtı ötmüş ərzaq məhsullarının Azərbaycana gətirilərək, istehlak edilməsidir. Bu isə açıq-aydın dövlət büdcəsinin talanması deməkdir. Bütün bunların təminatçısı isə, mütləq şəkildə hüquq-mühafizə orqanlarında çalışan, öz peşəsinə, əqidəsinə zidd gedərək, zorakılığı "rəsmiləşdirən” qüvvə olmalıdır.
"Qaydasız döyüş”ün süjet xətti mürəkkəbdir. Burada indiki dövlət məmurlarından tutmuş, illər öncə dövlətdə yüksək vəzifə tutmuş şəxsləri, müstəntiq xanımı, yüksək və sıravi polis əməkdaşlarını, muzdlu qatilləri, hətta reklam studiyasında çalışan adi meneceri belə görmək olar.
Amma serialın unikallığı ondadır ki, burada hər bir personaj bir-biri ilə sıx bağlıdır. Məşhur italyan rejissoru, vətəndaş və cəmiyyət tipli mözulardan tutmuş vestern spagettiilərə qədər çəkdiyi ekran işləri ilə dünya miqyasında bir sıra uğurlara imza atmış Damiano Damianinin maraqlı bir fikri diqqəti cəlb edir: "Süjet xətti elə olmalıdır ki, personajlar qalereyasından bir personajı kənarlaşdırdıqda, həmin süjet xətti parçalanmalıdır”.
Damianidən söz düşmüşkən müqayisə üçün bir vacib faktı vurğulamaq yerinə düşərdi.
1984-cü ildə Damiani Damianinin rejissorluğu ilə ekranlara vəsiqə qazanan "Sprut” (1-ci hissə) bədii televiziya serialının da qarşısına qoyduğu ən əsas məqsəd vətəndaş və cəmiyyətin hüquq və vəzifələrini çözələmək idi. Mafiya və korrupsiyanın qurbanı olmuş insan hansı addımı atmalıdır?
Sonrakı illərdə müxtəlif rejissorlar "Sprut”un növbəti hissələrini lentə alsalar da, məqsəd və hədəflər dəyişmədi. Sözün əsl mənasında serial cəmiyyətin sağlamlaşdırılmasında, onun mafioz qruplaşmalar, korrupsiyadan təmizlənməsində müstəsna əhəmiyyətə malik oldu.
Düzdür, mükəmməl nəticədən danışmaq gülünc olardı, amma cəmiyyət çağırışlara səs verdi. Həmçinin ən vacib məsələ "Sprut” öz iradəsi ilə İtaliya dövlətçiliyinin yanında olduğunu sübut etdi. Bu təsadüfi paralel deyil. "Qaydasız döyüş” faktiki olaraq, qarşısına qoyduğu məqsəd və vəzifələrin həllini məhz vətəndaş və cəmiyyət münasibətləri konteksindən təqdim etməyə çalışdı. Sabah hər birimiz korrupsiyanın, mafiyanın qurbanına çevrilə bilərik. Hətta utopiyaçılar Robert Ouen, Şar Füryenin belə xəyal etdikləri cəmiyyətdə bu mümkündür. Amma əsas məsələ vətəndaşın atacağı addımlar və istər həmin ərəfədə, istərsə də sonradan formalaşacaq mövqeyi üzərində cəmləşir.
Üstəlik, "Qaydasız döyüş” də öz iradəsi ilə Azərbaycan dövləti və onun sağlam qüvvələrinin yanında olduğunu nümayiş etdirdi. Bu sağlam qüvvələri serialboyu izləməmək mümkün deyil, çünki süjet xəttinin bir qism yükü də onların üzərinə düşür. Müstəntiq Nigar Cəfərova (Rada Nəsibova) və mayor Məhərrəmov (Əhməd Salahov) çirkab və xəyanətdən uzaq dayanaraq, öz vəzifə borclarını layiqincə yerinə yetirirlər. Kənan Kərimli isə ölkəmizdə inkişaf etməkdə olan azad sahibkarlğın nişanəsi olaraq, serialın əsas fiquruna çevrilir. Əslində elə bütün ziddiyyətlər də Kənan Kərimlinin simasında azad sahibkarlığın inkişafının qarşısını almaq üzərində qurulub. Həmin qüvvələr üçün gizli iqtisadiyyatın mövcudluğu ona görə vacibdir ki, çirkli pulların yuyulmasını təmin etmiş olsunlar.
Dövlət büdcəsinin formalaşdıran gəlir mənbələrindən olan vergilərdən yayınaraq, iqtisadi vəziyyəti öz tənəzzülə uğratmaq, onu öz xeyirlərinə dəyişsinlər. Bütün bunlar "Qaydasız döyüş”ün dramaturji modelində, bir-biri ilə sıx şəkildə təqdim olunur.
Serialın 26 oktyabr 2009-cu il tarixində keçirilən təqdimat mərasimində, baş prodüser, "Bakı Film” Kinostudiyasının təsisçisi, kinorejissor Vahid Mustafayev bu ekran əsərinin Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdı.
Bu da danılmaz faktdır ki, serial, istehsalat üsulu, çəkiliş texnikası və ümumiyyətlə serial sənayesinə yanaşma baxımından Azərbaycan teleməkanında yenilik idi. Peşəkar aktyor oyunu, çəkiliş qrupunun hər kadra bəslədiyi həssaslıq, sonda mükəmməl nəticənin tamaşaçılarla təmasını təmin etmiş olmuşdu. Bütün bunlar sözsüz ki, ali ideyanın çatdırılmasına öz müsbət təsirini göstərdi. Ekranın maarifçilik funksiyasından nəzər salsaq görərik ki, bu gün dövlətimizdə baş verən mütərəqqi proseslər, davamlı inkişaf, cəmiyyətin sağlamlaşdırılması prosesində televiziya ekranının, o cümlədən "Qaydasız döyüş”ün özünəməxsus yerinin olması göz önündədir.
Serial hələ yeddi il bundan əvvəl hər həftə cəmi bircə saatlıq efir pəncərəsi ilə cəmiyyətə çağırış edərək, ona problemlərin həlli yollarını göstərməyə çalşırdı. Çünki istənilən halda dövlət, vətəndaşla cəmiyyətin münasibətindən formalaşır. Bu münasibət isə sağlam və təmiz prinsiplər üzərində qurulmalıdır.
Sahib KƏRİMOV
Ceymi Vardi "Kremoneze" klubu ilə müqavilə imzalaya bilər
Ədliyyə Nazirliyi cəzaların icrasına elektron nəzarətinə 3.8 milyon manat xərcləyəcək
"Antalyaspor" yeni transferiylə bağlı məlumat yayıb
"Ölkədə dağıdıcı zəlzələ ehtimalı yoxdur" - Qurban Yetirmişli
"Borussiya Dortmund" Niko Kovaçın müqaviləsini uzadıb
Azərbaycan nefti ucuzlaşdı
"Borussiya Dortmund" Çukvuemeka ilə anlaşdı
DTX-də daha bir əməliyyat: bir nəfər həbs edilib, kriptovalyuta üzərinə həbs qoyulub
Suitiyə görə çimərlik qapadılıb - Türkiyədə + FOTO
Ağdamın Xıdırlı daha 370 nəfər köçürülüb
Bakıda zəlzələ oldu (Yenilənib)
AzTV-nin həyətində söküntü başlayıb - Radionun beşmərtəbəli binasının yerində yeni bina tikiləcək
"Beşiktaş" yeni hücumçusu ilə müqavilə imzaladı
"Fənərbağça" "İnter"ə "yox" dedi - 17 milyonluq təklif geri çevrildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
Joze Mourinyo: "Bizim tək məqsədimiz var, o da qazanmaqdır"
Zelenski: "Putinlə görüş Türkiyədə də ola bilər"
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb (Yenilənib)
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz