Rövşən Lənkəranski ilə bir yerdə güllələnən 3-cü şəxs kimdir? - Açıqlandı

img

23-08-2016 [11:02]


İstanbulda avqustun 18-də, Beşiktaş səmtində güllələnən azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevlə birlikdə iki nəfər də olub.

Onlardan biri Türkiyə vətəndaşı, ilk olaraq iş adamı kimi mətbuatda təqdim olunan və R.Lənkəranskini xəstəxanaya yola salan Tahir Can olduğu məlum oldu. Lakin 3-cü şəxsin kimliyi gizli qaldı.

Mia.az xəbər verir ki, criminal.az saytı Lənkəranski ilə güllələnən və hazırda yaralı olan şəxsin kimliyini araşdırıb. Mənbənin verdiyi məlumata görə, həmin şəxs Mais Axundovdur.

Uzun illər Ukraynada yaşayan M.Axundov R.Lənkəranskinin qohumudur. Eyni zamanda Lənkəranskinin mühafizəçisi işləyirdi.

M.Axundov R.Lənkəranskiyə silahlı hücum zamanı avtomobildə olub və bir neçə güllə yarası alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan M.Axundov hazırda müalicə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA