Həbs olunan bank işçilərinə yüngül cəza verildi - Məhkəmə qərarı

img

22-08-2016 [14:07]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən "Atrabank" ASC-nin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Turan Əliyev, Məzahir Bağırov, Yasəmən Dəmirçiyə hökm oxunub. 

Hökmə əsasən, onların hər birinə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə təqsirləndiriliblər.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA