2 məcburi köçkün ailəsi arasında - Kütləvi dava+Foto

img

20-08-2016 [19:50]


Tərtərrayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

Mia.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Seyidimli kəndində müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün olan iki ailə arasında qeydə alınıb. Qonşular arasında baş verən davaya sonradan bir neçə nəfər də qoşulub.

Təxminən 20 nəfərin iştirak etdiyi əlbəyaxa dava zamanı tərəflər bir-birlərinə küt alətlərlə xəsarət yetiriblər.

Hadisə zamanı Kəlbəcər rayon sakinləri: - 37 yaşlı Azər İsmayılov, 28 yaşlı Elnur İsmayılov, 54 yaşlı Roza İsmayılova, 61 yaşlı Vəliyyədin İsmayılov və Laçın İsmayılov müxtəlif bədən nahiyələrindən küt alətlərlə xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Hazırda onların vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, qonşular arasında mübahisənin yaranmasına səbəb su arxının təmizlənməsi olub.

Faktla bağlıTərtərRayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

2 məcburi köçkün ailəsi arasında  -  Kütləvi dava+Foto
2 məcburi köçkün ailəsi arasında  -  Kütləvi dava+Foto

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA