Sevqilisini öldürüb həyətində basdırdı - Bakıda şok olay

img

17-08-2016 [11:30]


Bakıda kişi qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.

Hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub. Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA