“Azərişığ”a məxsus 4 otaqlı tikilidə yanğın olub

img

14-08-2016 [16:23]


Günorta saatlarında Bakının Qaradağ rayonunda "Azərişıq” ASC-yə məxsus tikilidə yanğın hadisəsi baş verib.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə ümümi sahəsi 40 m² olan 4 otaqdan ibarət tikilinin içərisində yerləşən gücü 6 kVt olan transformatorun yağı və sarğıları, 2-ci otaqda yerləşən kabellər 50 p.m yanıb.

Yanğından tikili, 1 ədəd transformator və kabellər mühafizə olunub. Yanğın saat 12:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA