Gömrükdən "Tramadol" keçirmək istədi - Tutuldu

img

12-08-2016 [14:39]


Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib. Yoxlama zamanı, vətəndaşa məxsus iki ədəd polietilen konfet paketlərində, konfetlərlə birlikdə doğranmış formada konfet kağızlarına bükülü 500 həb, şalvarının bel hissəsində 20 həb və corabının altında 170 həb olmaqla, cəmi 690 ədəd güclü təsiri olan "Tramadol” tibbi preparatı aşkar olunaraq götürülüb.

Məlumat üçün bildiririk ki, "Tramadol” adlı dərman preparatı Azərbaycanda 18 mart 2016-cı ildən "Güclü təsir edən maddələrin Siyahısı"na daxil edilib və aşkar olunan 690 həbdə tramadoloun təsiredici maddəsinin ümumi miqdarı 138 qram olub.
Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA