Bakıda üç avtomobil toqquşub, 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb

img

12-08-2016 [11:49]


Bakıda üç avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Əfəndiyev Elçinin idarə etdiyi "Mercedes”, Mirhəşim Abbasovun idarə etdiyi "Opel” və Süleyman Novruzlunun idarə etdiyi "Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə E.Əfəndiyevin 1 sərnişini, M.Abbasov və 3 sərnişini, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA