"5 rayon erməni işğalından azad edilərsə..." - Ərdoğandan Qarabağ açıqlaması

img

11-08-2016 [12:35]


"23 ildən artıqdır ki, ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyiblər. Bu iş çox uzanıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, hazırda münaqişənin nizamlanmasında irəliləyiş var: "Hazırda Rusiya prezidenti Vladimir Putin bu məsələ üzərində işləyir. Bu barədə azərbaycanlı həmkarım ilham Əliyevdə mənə danışdı. İlk növbədə Azərbaycanın 5 rayonu erməni işğalından azad edilərsə, regionda sözün əsl mənasında normallaşma prosesi başlaya bilər".

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaradılması barədə danışarkən Ərdoğan bildirib ki, Azərbaycan da bu məsələyə Türkiyə və Rusiya kimi müsbət yanaşır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA