11-08-2016 [17:25]
"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə avqustun 9-da Rusiyaya birgünlük səfər etdi. İki ölkənin prezidenti Sankt-Peterbuqda müxtəlif mövzuları müzakirə etdilər. Ən əsası o oldu ki, prezidentlər Rusiya ilə Türkiyə arasındakı münasibətləri əvvəlki inkişaf vəziyyətinə gətirməyə qərar verdilər. Bu o deməkdir ki, həm "türk axını” və Türkiyədə Akkuyu nüvə elektrik mərkəzinin tikintisi layihələri reallaşacaq, həm də iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının həcmi artırılacaq. Ərdoğan Sankt-Peterbuqrda keçmiş illərdəki hədəfini yenidən təkrarladı "Elə etməliyik ki, Türkiyə ilə Rusiya arasındakı iqtisadi və ticarət əməkdaşlığının həcmi 100 milyard dollara çatsın”".
Mia.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə və Rusiyanı ortaq maraqlar da birləşdirir. Əlbəttə, ikitərəfli iqtisadi-ticarət mübadiləsinin, turizm və çarter reyslərinin bərpası, üstəgəl nəhəng layihələrin reallaşması aktual idi, ancaq iki dövləti bir-birinə yaxınlaşdıran başqa ciddi səbəb də var:
"Həm Rusiyanın (Ukrayna hadisələrinə görə), həm də Türkiyənin (Güləni qaytarmadığına və çevriliş cəhdini qətiyyətlə pisləmədiyinə görə) ABŞ və Avropa ilə münasibətləri soyuyub. Buna görə də Türkiyə və Rusiya strateji tərəfdaşa çevrilirlər.
Türkiyə NATO üzvlüyündən çıxmayacaq, ancaq Rusiya ilə ən sıx əlaqəsi olan NATO ölkəsinə çevriləcək. Ankara NATO çərçivəsində əməkdaşlıqdan narazıdır. Türkiyə NATO ölkələri ilə birgə hərbi istehsalı gücləndirə bilmir. Çünki, NATO ölkələri müasir hərbi texnologilayaları Türkiyəyə vermirlər. Ona görə də Türkiyə NATO xaricindəki dövlətlərlə hərbi əməkdaşlıq strategiyasını reallaşdırmağa çalışır. Bu mənada Türkiyə Rusiya ilə birgə hərbi istehsala maraq göstərir. Ərdoğan Putinlə görüşdə belə bir cümlə işlətdi: "FETÖ (Fətullahçı Terror Təşkilatı) Türkiyə ilə Rusiyanın arasını pozmaq istəyirdi”. Bununla Ərdoğan, əslində, Qərbin Türkiyə-Rusiya əməkdaşlığında maraqlı olmadığına işarə vurdu. Çünki, Türkiyədə belə bir inam var ki, Fətullah Gülənin arxasında Qərbin maraqlı dairələri dayanır".
Ekspertin sözlərinə görə, Rusiya-Türkiyə yaxınlaşmasına baxmayaraq, iki ölkə arasında problemli mövzu qalır:
"Bu Suriya məsələsidir. Moskva Suriya prezidenti Bəşər Əsədə dəstək verir, Ankara isə Suriyada Əsədin prezidentliyi dövründə sülhün mümkün olmayacağına inanır. Buna baxmayaraq, Ankara əvvəlki illərdə olduğu kimi, Suriya mövzusuna görə Kremllə dərin fikir ayrılığı yaşamaq istəmir. Təsadüfi deyil ki, Rəcəb Təyyub Ərdoğan keçmiş aylarda olduğu kimi, Rusiyanı Suriyaya müdaxilə etməkdə, diktator Əsədə dəstək verməkdə ittiham etmir. Tam əksinə, Ərdoğan Sankt-Peterburqa yollanmadan bir gün öncə İTAR-TASS agenliyinə müsahibəsində dedi ki, Rusiyanı Suriyada əsas oyunçulardan biri sayır. Halbuki, əvvəlki aylarda Ərdoğan "Rusiyanın Suriyada nə işi var” sualını səsləndirirdi. Ərdoğanın ritorikası dəyişir. Suriya məsələsində türkiyəli və rusiyalı hərbçilər və diplomatlar təmasları genişləndirəcəklər, ortaq komissiya quracaqları gündəmdədir. Əsas vəzifə Suriyada DAİŞ terror qruplaşmasını neytrallaşdırmaqdır. Bu məsələdə Ankara Kremlin mövqeyi ilə razıdır".
Ekspertin sözlərinə görə, Ərdoğan Putinlə görüşdə "Türkiyə-Rusiya-Azərbaycan formatı yaradılsın”, – yeni təklifini də səsləndirib ki, bu da Türkiyənin regional əməkdaşlıqda üçtərəfli formatlara üstünlük verdiyini təsdiqləyir:
"Məsələn, buna oxşar başqa formatlar var: Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan. Ərdoğan təklif etdiyi formata İranın da iştirakını mümkün sayır. Bu o deməkdir ki, Ankara Kremllə yanaşı Tehranla da münasibətləri inkişaf etdirmək istəyir. Ərdoğanın Sankt-Peterburqdan sonra Tehrana da səfər edəcəyi istisna deyil. Ərdoğanın hazırki şərtlər daxilində yaxın müddətdə nə ABŞ-a, nə də Avropa Birliyinin aparıcı dövlətlərinə səfəri mümkündür.
Rusiyanın məşhur siyasətçisi, liberal-demokrat Vladimir Jirinovski bölgədə güclü Rusiya-Türkiyə-İran-İraq birliyi formalaşdıracağı proqnozunu verib. Bu təklif reallıqdan elə də uzaq deyil. Avropa Birliyi 53 ildir Türkiyəni üzvlüyə qəbul etmir, illərin strateji müttəfiqi ABŞ Türkiyənin terrorçu adlandırdığı şəxsi müttəfiqinə ekstradisiya etmək istəmir. Belə olan halda da Türkiyə üzünü yaxın ətrafına çevirir".
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR