Lənkəranskiyə ölüm hökmü verən “kriminal general”ın məhkəməsi oldu - Moskvada

img

08-08-2016 [12:18]


"Kriminal general” Zaxari Kalaşovun (Şakro Molodoy) apelyasiya şikayətinə baxılıb.

Moskva şəhər məhkəməsi "qanuni oğru”nun həbsinin qanuni olduğunu təsdiqləyib.

Xatırladaq ki, Moskvanın Tverski məhkəməsi iyulun 13-də Kalaşovun həbs olunması barədə qərar qəbul edib. "Qanuni oğru” pul mənimsəməkdə ittiham edilib.

Qeyd edək ki, Kalaşov məşhur kriminal avtoritet "Ded Xasan”ın güllələnməsindən sonra onun yaratdığı qruplaşmanın liderinə çevrilib.

Şakronun keçirdiyi "sxodka”da azərbayanlı kriminal avtoritet "Rövşən Lənkəranski” "Ded Xasan”ın qətlini təşkil etməkdə ittiham olunub və barəsində ölüm hökmü çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA