“Range Rover” at arabası ilә toqquşdu - Ölən və yaralananlar var

img

07-08-2016 [10:16]


Bu gün sәhәr saatlarında Gәndob-Yalama yolunun 23-cü km-dә, Xaçmaz rayonu әrazisindә yol-nәqliyyat hadisәsi baş verib.

Mia.az-ın APA-ya istinadən mәlumatına görә, "Range Rover" markalı avtomobil at arabası ilә toqquşub.

Nәticәdә bir nәfәr ölüb, iki nәfәr xәsarәt alıb.

Ölәn şəxs – Xaçmaz rayonu Bәyqışlaq kәnd sakini Sәfәrәliyev Anar Qәzәnfәr oğlu xәstәxanaya aparılarkən dünyasını dәyişib. Hadisədə xәsarәt alanlar isə Qaradağbuduq kәnd sakini, 1996-cı il tәvәllüdlü Sәfәrәliyev Nurlan Qafar oğlu vә Quba rayonu, Vәlvәlә kәnd sakini, 1979-cu il tәvәllüdlü Mәhәmmәd Mansurovdur.

M. Mansurovun vәziyyәti ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA