Apellyasiya Məhkəməsində dava, xəsarət alanlar var

img

05-08-2016 [10:25]


Bakı Apellyasiya Məhkəməsində dava olub.

Mia.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 3-də qeydə alınıb. Məhkəmə zalında baş verən davada Bakı şəhər sakinləri – 1964-cü il təvəllüdlü Şükufə Maqsud qızı Mahmudova, onun oğlu, 1995-ci il təvəllüdlü Həsən Mahmudov və İsmayıllı rayon sakini, 1981-ci il təvəllüdlü Yaşasın Xatir oğlu Orucov bir-birilərini döyüblər.

Onlar yüngül xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA