Lavrov Azərbaycana gəlir - Səfər tarixi açıqlandı

img

07-07-2016 [13:54]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana işgüzar səfər edəcək.

 Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

Səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq. Qeyd edək ki, S. Lavrov bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA