"Azərbaycan adına və öz adına çox böyük bir zəfərdir" - Fazil Mustafa

img

05-07-2016 [23:58]


"Millət vəkili Azəy Quliyevin ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilməsi Azərbaycan adına və öz adına çox böyük bir zəfərdir".

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Musatafa deyib.

Onun sözlərinə görə, bu, həqiqətən də Azərbaycan üçün böyük zəfərdir:

"Öz zəhməti və qabiliyyəti ilə bu mötəbər qurumun rəhbərliyində dəyərli dostumun və həmkarımın təmsil olunması şəxsən mənə böyük sevinc bəxş etdi. Sadə bir kənd həyatından, ağır qaşqın həyatından keçmiş, ailənin həm övlad, həm də ata yükünü çiynində daşımış Azay Quliyev bir azərbaycanlının qüdrətini və potensialının nələr olduğunu ortaya qoymuş oldu. Bütün parametrlərlə o, bu mötəbər mövqeyə layiqdir, Allah daha böyük uğurlar qismət etsin!

Bu, mənim üçün Ramazan Bayramının ən gözəl xəbəri oldu".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA