Lavrov Bakıya niyə gəlmədi? - Politoloqdan sensasion proqnoz

img

05-07-2016 [18:48]


Xəbər verdiyimiz kimi, bu gün saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Bu isə onu göstərir ki, bu ilin aprel ayında rəsmi Moskvanın vasitəçiliyi ilə əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. Maraqlıdır ki, bu hadisə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gözlənilən səfərinin bu ayın ortalarına qədər təxirə salınmasının açıqlandığı bir günə təsadüf elədi.

Mia.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib. 

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəlməməsi və İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısından dərhal sonra Moskvaya qayıtması səbəbsiz deyil:

"Lavrovun Bakıya gəlməməsini səbəbi aydın idi. Əks halda, atəşkəsi pozmaqla azərbaycanlı hərbçini qətlə yetirən işğalçının bu "hərəkətinə” münasibət bildirməliydi. Əslində, Rusiya və digərləri 3 meymunu oynayırlar – görmürəm, eşitmirəm, danışmıram. Demək, yenə sıra Azərbaycan ordusundadır".

Politoloq müdafiə naziri Zakir Həsənovun "bir hərbçimizi öldürəcəklərsə, beşqat, onqat itki ilə cavablarını alacaqlar" sözlərini də xatırladıb: "Gözləyək. Nə Vyana, nə də Sankt-Peterburq görüşü işə yaradı. "Mərhələli həll” planı müzakirə olunur” fikri də nağıla bənzəyir...".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA