05-07-2016 [18:15]
"Gənclər təşkilatlarımız Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirirlər".
Mia.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri, Prezident Yanında QHT lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Gəncə şəhərində keçirilən "Gənclər siyasətində fəal iştirakçılıq” adlı Beynəlxalq Gənclər Forumunda deyib.
O bildirib ki, hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır:
"Gənclər zamanın istənilən kəsimində əsas yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi ilə dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Gənclər siyasəti öz müstəqilliyini 25 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində əsas istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılmışdır. Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən Gənclər Fondu yaradılmışdır.
Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğurlar, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sahəsində topladığı zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan vermişdir.
Bu gün gənclər təşkilatlarımız Avropa gənclər məkanında ciddi fəallıq nümayiş etdirir və müxtəlif beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edirlər. Gəncə şəhərinin 2016-cı il "Avropa gənclər paytaxtı” seçilməsində də bu amil xüsusi əhəmiyyət kəsb etmişdir.
Hazırda Avropa gənclərinin diqqəti Gəncə şəhərindədir. 2016-cı il ərzində çoxlu sayda yerli və beynəlxalq tədbir Gəncədə həyata keçiriləcəkdir. Bu isə bizlərə imkan verir ki, ölkəmizin tarix və mədəniyyətini, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıraq. Eyni zamanda, gənclərlə iş sahəsində qazanılmış təcrübəmizi bölüşmək baxımından da belə bir titulun Azərbaycana məxsus olması çox önəmlidir. İnanıram ki, bu gün rəsmi açılışına toplaşdığımız "Gənclər siyasətində fəal iştirakçılıq” adlı Beynəlxalq Gənclər Forumu iştirakçılar arasında geniş təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq və yadda qalacaq”.
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub