Lavrov Nalbandyanla görüşdü - Qarabağ müzakirəsi

img

04-07-2016 [20:55]


Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla Yerevanda Dağlıq Qarabağ məsələsi ilə bağlı razılıqların həyata keçirilməsini müzakirə ediblər.

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti yayıb. 

"Görüş zamanı tərəflər Sankt-Peterburq və Vyana sammitlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılıqların yerinə yetirilməsi istiqamətində atılan addımları müzakirə ediblər”, - məlumatda bildirilir.

Qeyd olunur ki, Nalbandyan və Lavrov danışıqlar zamanı həmçinin Ermənistan-Rusiya müttəfiq münasibətlərini müzakirə ediblər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

Oxu.Az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA