02-07-2016 [18:03]
Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir. "Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiya çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin, ATƏT PA-nın Büro üzvü, Komitənin sədr müavini Azay Quliyev iclasda çıxış edib.
Azay Quliyev çıxışında məruzəçi xanım Marqareta Sederfelin hazırladığı hesabata münasibət bildirib. Hesabatla bağlı 3 məsələyə toxunan ATƏT PA Büro üzvü ilk olaraq transmilli terrorizmdən danışıb: "Biz İstanbul Atatürk aeroportunda xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktı xəbərindən olduqca kədərləndik. Bu gün bütün dünya dəhşətli terror bəlası ilə üz-üzədir. Mən buradan terror qurbanlarına, onların ailələrinə və ümumilikdə Türk xalqına başsağlığı verirəm. Bu vəziyyət terrora qarşı ümumi səfərbərliyi və qətiyyətli mübarizəni tələb edir”.
Azay Quliyev qeyd edib ki, ATƏT terrorla mübarizə üzrə effektiv mexanizm hazırlamalı, fərqli siyasi baxışlara malik üzv ölkələrin səylərinin "vahid beynəlxalq anti-terror koalisiyası”nda birləşdirilməsinə nail olmalıdır.
Azərbaycan nümayəndə heyətinin üzvünün toxunduğu ikinci məsələ isə regionunda uzun sürən münaqişələrdir.
Bununla bağlı Azay Quliyev deyib:
"ATƏT Moldova və Cənubi Qafqaz regionunda mövcud münaqişələrin həllində beynəlxalq hüququn prinsipləri, o cümlədən ATƏT PA-nın 2015-ci ildə Helsinkidə qəbul etdiyi "ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik" adlı qətnamənin müddəaları əsasında həllinə nail olmalı, bu münaqişələr üzrə mövcud mexanizmləri daha da təkmilləşdirməlidir”.
Almaniyanın ATƏT-ə sədrliyi dövründə mövcud münaqişələrin həllini prioritet elan etməsi və bu istiqamətdə göstərdiyi bir sıra təşəbbüsləri alqışlayan azərbaycanlı millət vəkili əlavə edib ki, ATƏT-in hazırkı sədri və Almaniyanın xarici işlər naziri Valter Ştaynmayerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud status kvonun təhlükəli və qəbul edilməz olduğu haqqında verdiyi bəyanat ATƏT PA tərəfindən dəstəklənməlidir:
"ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar imitasiya xarakteri olmamalı və qısa müddət ərzində münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə gətirib çıxarmalıdır. Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin may ayının 16-da keçirilən Vyana görüşünü və iyunun 20-də keçirilən Sankt Peterburq görüşünü müsbət qiymətləndirir və bu görüşlərdə əldə edilmiş ümumi anlayışın tezliklə münaqişənin həlli istiqamətində konkret nəticə verəcəyinə ümid edirəm”.
Azay Quliyev toxunduğu üçüncü məsələ hərbi münaqişələrdə qadınların vəziyyəti haqda olub.
ATƏT regionunda hərbi münaqişələr nəticəsində qadınların düşdüyü vəziyyətə gəlincə, əlbəttə bu hamımız üçün ciddi çağırış hesab olunur. Ona görə də ATƏT PA bu mövzuya daha çox diqqət ayırmalı və münaqişədən əziyyət çəkən- məcburi köçkün qadınların, xüsusilə əsir və girovluqda saxlanılan, şərəf və ləyaqəti alçaldılan, müxtəlif zorakılığa və zorakı əməyə məruz qalan qadınların hüquqlarının bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir”- deyən Azay Quliyev bu istiqamətdə atılacaq addım kimi gələn il Minskdə keçiriləcək ATƏT PA-nın illik sessiyasında ayrıca bir qətnamənin qəbulunu təklif edib və bildirib ki, belə bir qətnamə layihəsini hazırlaya bilər.
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub