01-07-2016 [23:09]
Mircəfər Bağırov Azərbaycan tarixinin ən ziddiyyətli şəxsiyyətləri sırasında ilk sıralarda yer tutur. Zaman-zaman onun haqqında "yaxşı” və "pis” deyə bəhs edilib və hər iki cəbhə öz mövqeyini müxtəlif arqumentlərlə sübuta yetirməyə çalışıb.
Lakin hələ də Mircəfər Bağırovun Azərbaycan tarixində hansı yerdə dayandığı qəti müəyyənləşməyib.
Bu günlərdə M.Bağırovun əmisi nəvəsi, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun fikirləri bu tarixi şəxsiyyəti yenidən gündəmə gətirdi.
"Mircəfər Bağırovun ayağına yazılan cinayətlərin 90 faizi həqiqətə uyğun deyildi”, - deyə nazir "pis” deyənlərin mövqeyini qəti şəkildə inkar edir və bildirir ki, Kommunist Partiyasının Bağırovdan əvvəlki rəhbərləri repressiyaya məruz qalmışdılar.
"Bunları Mircəfər Bağırov yox, Moskvadan etmişdilər. Növbə ona da çatdı. Bunun da iki səbəbi var idi. Birinci, Xruşşovla şəxsi problemləri var idi. Xruşşov Politbüronun üzvü Beriyanı öldürtdürüb, çevriliş edərək hakimiyyəti ələ keçirdi. Əlinə fürsət düşdüyü üçün Mircəfər Bağırovdan qisasını aldı. Mircəfər Bağırovla Beriyanın yaxşı münasibətləri var idi. İkincisi, Mircəfər Bağırovun həbsindən sonra onun masası ətrafında oturub daima onunla qədəh qaldıran məşhur yazıçılar özlərini çox diskomfort hiss etdilər. İndi də həmin şəxslərin oğul-qız yazıçıları bu narahatlığı davam etdirirlər. Həmin dövrdə onun masası ətrafında oturanlar qısa müddətdə mövqelərini dəyişdilər. Psixoloji baxımdan bunu anlamaq olur. Çünki onlara dedilər ki, kəsin, doğrayın, yıxın, sürüyün. Axı dünən bunlar bir yerdə idilər. Həmin diskomfortun təzyiqidir ki, indi də deyirlər belə olub. Xəyanət edən bunu ömür boyu müdafiə etməlidir”, - deyən nazir bununla Bağırova "pis” deyənlərin kimliyinə də işarə vurub.

Lakin nazir konkret ad çəkməyib. Maraqlıdır, Hüseynqulu Bağırovun haqlarında danışdığı yazçılar və onların övladları kimdir?
Mircəfər Bağırovun fəaliyyətini tədqiq edən Adıgözəl Məmmədov bildirib ki, Hüseynqulu Bağırovun özü tarixçidir və o, güman ki, bu sözləri elə-belə deməyib:
"Azərbaycanda ilk dəfə Mircəfər Bağırovun istintaq materiallarını araşdıran bir şəxs kimi Hüseynqulu Bağırovun bu və ya digərlərinin fikirləri ilə razıyam. Mircəfər Bağırov dövrünün şəxsiyyəti idi. O dövrün bütün çətinliklərinə baxmayaraq, onda milli ruhun elementləri var idi. Onun bu və ya digər formada Azərbaycan varlığının qorunmasında xidmətlərini nəzərə alaraq, belə qənaətə gəlirəm. Hesab edirəm ki, o bütün səhvləri ilə bərabər tarixi şəxsiyyətdir”.
A.Məmmədov M.Bağırovla bağlı bir maraqlı tarixi faktı da açıqlayıb və bu haqda ilk dəfə danışdığını qeyd edib.
"Mən Mircəfər Bağırovun işdən çıxarıldığı plenumun materiallarını araşdırmışam. Plenumda onun əleyhinə səs verənlər əvvəllər onunla çiyin-çiyinə işləmiş adamlar idi. Teymur Quliyev, Mirteymur Yaqubov, İmam Mustafayev və digərləri. Moskva Bağırovun təklənməsi kampaniyası başlatmışdı və ona yaxın olan şəxslərin hamısı bu kampaniyada yer alırdı. Onlar özlərini qorumaq üçün buna getdilər. Lakin sonrada İmam Mustafayevdən başqa digərləri Bağırova qarşı yaxşı çıxış etmədikləri üçün təmizləndilər. Teymur Quliyev və Mirteymur Yaqubov da onlar arasında idi. Hüseynqulu Bağırov, əslində, doğru deyir”, - deyə, o, bildirib.
Tədqiqatçı əlavə edib ki, o, Bağırovla bağlı araşdırma prosesində Teymur Quliyevin qızı Minarə xanımla görüşüb: "Teymur Quliyev Bağırova qarşı yaxşı çıxış etmədiyi üçün sovxoz sədri göndərilmişdi. Qızı Minarə xanım mənə danışırdı ki, atası son günlərində çox narahat idi: "Biz ondan soruşduq ki, niyə əzab çəkirsən. Dedi ki, Mircəfər Bağırov yuxumdan çıxmır, gözlərimi yuman kimi gəlir. Son ifadəsi də bu idi ki, Mircəfər Bağırov özünü sona qədər əsil kişi kimi apardı. Biz ona qarşı kişilik etmədik”.
Bu, Minarə xanımın mənə dedikləridir. Bir çox fakt Mircəfər Bağırov haqda yanlış fikirlərin olduğunu göstərir”.
Publika.az
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub