AXCP üzvləri və İlqar Məmmədov həbsdən buraxılacaq, bəs Əli İnsanov? - Əfv anonsu verildi

img

01-07-2016 [16:07]


Yaxın zamanlarda növbəti əfv sərəncamının verilməsi gözlənilir.

Bu haqda "Turan”a hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi əfv sərəncamının Ramazan və ya Qurban Bayramında verilə biləcəyini deyib.

O, əfv edilməsi gözlənilən şəxslər arasında Real Hərəkatının lideri İlqar Məmmədovu, bloqçuları və Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını göstərib.

"İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu hazırda həbsdə olan siyasilərin, blogerlərin və habelə AXCP üzvlərinin siyahısını hazırlayaıb, Əfv Komissiyasına təqdim edib. Bu siyahıda İlqar Məmmədov və Fuad Qəhrəmanlının da adları da var”, - deyə, N.Cəfəroğlu bildirib.

O, həmçinin, vurğulayıb ki, sonda kimlərin əfv edilib-edilməməsi qəararını prezident verecək.

Prezident İlham Əliyev sonuncu əfv fərmanını bu il martın 17-də verib. Həmin fərman hüqüq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi 15-dən çox şəxsə də şamil edilmişdi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA