01-07-2016 [12:01]
Ötən gün Ermənistan parlamenti böyük səs çoxluğu ilə Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sazişi ratifikasiya edib. Bununla da Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə sistemlərini birləşdirmiş oldu. Ermənistan parlamentində 131 deputatdan 102-i qanun layihəsinin lehinə, 8-i əleyhinə səs verib.
Qanun layihəsinin parlamentə təqdim edən Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bəyan edib ki, sazişin məqsədi Qafqaz regionunda HHM sisteminin təkmilləşdirilməsidir.
Müqavilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında imzalanıb. Sənədin imzalanması nazirlərin ikitərəfli görüşündən sonra baş tutub. Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub. Sözügedən layihə Ermənistanda kütləvi etirazlara səbəb olub. Ermənilər küçələrə çıxaraq Rusiya əleyhinə etirazlarını bildiriblər.
Rusiya və Ermənistanın Hava Hücumundan Müdafiə sistemlərini birləşdirməsi region üçün nə vəd edir?.jpg)
Politoloq Qabil Hüseynlivurğulayıb ki, Rusiyanın Ermənistanı təpədən dırnağa qədər silahlandırması bütün dünya üçün təhdiddir:
"Rusiya Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının ümumi hava hücumundan müdafiə sistemini qurur. Rəsmi Moskva bu sistemin qurulmasına qeyd edildiyi kimi Ermənistandan başlayır. Yəni, Ermənistanda qurulacaq sistem sonradan Qazaxıstanda, Tacikistanda və digər üzv dövlətlərdə qurulacaq. Amma, hazırda əsas diqqət Ermənistana yönəlib. Ona görə də Ermənistana həddindən artıq yeni silahlar göndərilir. Bu? guya NATO-dan müdafiə üçün nəzərdə tutulub. Azərbaycan ərazilərini işğal edən və hazırda müharibə vəziyyətində olan Ermənistanın təpədən dırnağa qədər silahlandırılması NATO üzvü kimi Türkiyə, ümumən dünya üçün böyük təhlükədir. Eyni zamanda bu addım Yaxın Şərqi təhdid altında saxlamaq üçün nəzərdə tutulan sistemdir. Bütün bu işlər çox sürətlə aparılır və regionda vəziyyəti gərginləşdirir, ən əsası da Dağlıq Qarabağ münaqişəsinin həllini mürəkkəbləşdirir. Yəni, bu məsələnin beynəlxalq hüquq çərçivəsində deyil, Ermənistan və Rusiyanın istədiyi kimi nizamlanmasını gündəliyə gətirməyə imkan verir”.
Hərbi ekspert Üzeyir Cəfərovbildirib ki, bu sənəd Ermənistanda Rusiyanın varlığını təsdiq etməklə yanaşı, həm də Dağlıq Qarabağ məsələsində ermənilərə dəstək məqsədilə atılmış növbəti addımdır: "Bu sənədin başqa adı yoxdur. Atılan addım faktiki olaraq aprel hadisələrindən sonrakı narahatçılıqdan qaynaqlanır. Azərbaycanın pilotsuz uçan aparatları çox rahat şəkildə ermənilərin nəzarəti altında olan ərazilərimizdə uçuşlar həyata keçirirdilər. Doğrudur, bu sənəddə sırf Ermənistanın hava məkanından söhbət gedir. Amma, aprelin əvvəlində ermənilərin düçar olduğu uğursuzluğun fonunda rahat şəkildə Ermənistan silahlı qüvvələrinə yardım adı altında Rusiya Dağlıq Qarabağda da bu missiyanı yerinə yetirə bilərlər”.
Ü.Cəfərov qeyd edib ki, Ermənistanın maraqlarını müdafiə edən sənədə Azərbaycan öz etirazını bildirməlidir: "Azərbaycan bu məsələyə diplomatik şəkildə münasibətini bildirməlidir ki, sülh danışıqları fayda verməzsə və Azərbaycan hərbi yolla torpaqlarını azad etməyə başlayarsa, heç bir halda Rusiyanın buna qarışma ixtiyarı yoxdur. Baxmayaraq ki, onların ikitərəfli müqaviləsi var. Bu hüquqi əsas vermir ki, Azərbaycanın işğal olunmuş ərazilərində hava hücumundan müdafiə sistemləri istifadə olunsun. Azərbaycan işini indidən ehtiyatlı tutmalıdır”.
Ermənistan cəmiyyətində bu sənədə etirazların olmasına gəlincə, Ü.Cəfərov bildirib: "Sirr deyil ki, Rusiyanın regionda xüsusi maraqları var və hazırda Cənubi Qafqazda yeganə vassalı Ermənistandır. Ona görə də vassalının əldən çıxmaması üçün bütün varianta əl atır. Ermənilər bilir ki, 2049-cu ilə qədər Gümrüdəki 102-ci hərbi baza Rusiyanın istifadəsindədir. Hər şeyi rusların əlində olan Ermənistanın hava məkanını rusların ixtiyarına verməsi bu ölkənin öz ərazilərində rahat hərəkətinə manə yaratmaq deməkdir. Baxmayaraq ki, Seyran Ohanyan bəyan edib ki, hava hücumundan müdafiə sistemləri Ermənistandan koordinasiya olunacaq. Rusların olduğu yerdə ermənilər kimdir ki, səslərini çıxarsınlar. Bu baxımdan ermənilərin ağıllı kəsimi bu sənədə etiraz edir”.
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub