30-06-2016 [12:29]
Keçmiş səhiyyə naziri Əli İnsanov ona məxsus qarajın ondan xəbərsiz satılması ilə əlaqədar hüquqi müstəvidə davasını davam etdirir.
Mia.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, iyunun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçmiş nazirin bu məsələ ilə əlaqədar Nəsimi rayon icra şöbəsinə qarşı iddiasına baxılıb.
Əli İnsanovun vəkili Ağaveyis Şahverdi əvvəlcə məhkəməyə məsələnin mahiyyəti barədə məlumat verib: "Əli İnsanovun "Basin” tərəfdə icra hakimiyyətinin sərəncamı ilə tikilmiş qarajı olub, içində də müəyyən avadanlıqlar. Onun həbsindən sonra oğlu arabir gedib baxırdı. Günlərin birində gedib görüb ki, qaraj sökülüb. Aydınlaşıb ki, kooperativ söküb və həmin əmlaka görə 50 min manat pul ödənilib. Kooperativ qarajı satanın kimliyini bizə demədi. Məhkəmə yolu ilə müəyyənləşdirdik ki, Əli İnsanovun əmlakını Əlizadə Vəfa Tariyel qızı satıb. Bu şəxs məhkəmə vasitəsilə Əli İnsanovun qarajına sahiblənib və onu satıb. Əslində, bu əməl kriminaldı.
Biz şikayət verdik və apellyasiya məhkəməsinin qərarı ilə ona mülkiyyət hüququ verən qətnamə ləğv olundu. Mülkiyyət hüququ ləğv olunandan sonra məhkəmə qərar verdi ki, Vəfa Əlizadənin aldığı 50 min manat da Əli İnsanova qaytarılsın. Lakin həmin qətnamə bu günə qədər icra olunmayıb”.
BANKDAKI PAYINA HƏBS QOYULUB
Vəkil deyir ki, qətnamənin icra edilmədiyini görüb, öz mənbələri vasitəsilə Vəfa Əlizadənin "DekaBank”da dəyəri 50 min manatdan da xeyli çox olan payı olduğunu müəyyənləşdiriblər.
Ardınca da qətnamənin icrasının təmin olunması üsulu kimi, onun bankdakı payının üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət ediblər.
Nəsimi Rayon Məhkəməsi Vəfa Əlizadənin bankdakı payının üzərinə həbs qoyulması barədə qərardad çıxarıb.
"Üstündən bir il keçib, amma bu qərar icra olunmur. İcra şöbəsi aparıb banka sənəd təqdim eləmir ki, Vəfa Əlizadənin payının üzərinə həbs qoyulsun. Mən qərarın icra olunmamasının səbəblərilə əlaqədar dəfələrlə bu işin icrasına məsul olan Ramin Muradovla, icra şöbəsinin rəisilə görüşmüşəm. Ramin Muradov mənə dedi ki, "bizə göstəriş var, qərar icra olunmasın”. Halbuki, o qərardad dərhal icra olunmalıdır. Gördük ki, icra şöbəsi öz vəzifəsini yerinə yetirmir, özüm qərardadı banka apardım. Bir müddət sonra dedilər ki, "Tariyel müəllim məsələ ilə maraqlanıb, əlaqə saxlayacaq”. Bu günə qədər də Tariyel müəllim həll eləməyib”, – Ağaveyis Şahverdi bildirib.
"DEMƏMİŞƏM Kİ, GÖSTƏRİŞ VAR”
Cavabdeh Nəsimi rayon icra şöbəsinin əməkdaşı Ramin Muradov vəkilin onunla bağlı dediklərini təkzib edib: "Mən deməmişəm ki, icra olunmaması barədə göstəriş var”.
Qərarın hansı səbəbdən icra olunmamasına gəlincə, icraçı əvvəlcə deyib ki, qərardad icra sənədi sayılmır. Amma sonradan bildirib ki, qərarın icrası üçün lazım olan icra vərəqini göndərməyib.
İcra vərəqinin Nəsimi rayon icra şöbəsinə göndərilməsi üçün proses iyulun 19-na qədər təxirə salıb.
Məhkəmə prosesində o da məlum olub ki, Əli İnsanovun əmlakını satan Vəfa Əlizadə mərhum prezidentin köməkçisi olmuşTariyel Ağayevin qızıdır. Vaxtilə mərhum eks-prezident Heydər Əliyevin köməkçisi olmuş T.Ağayev hazırda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi vəzifəsində çalışır.
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub