28-06-2016 [17:59]
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti
Borçalı İctimai Cəmiyyətinin iyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbədənkənar konfransından Cəmiyyətin yeni rəhbərliyi seçilib və belə görünür ki, bu sabiq sədr Zəlimxan Məmmədlini və onun azsaylı tərəfdarlarını razı salmayıb.
Buna görə yanlış olaraq Cəmiyyətin iyunun 25-də keçirilən konfransının nəticələrini şübhə altına almaqdan belə çəkinmirlər. Halbuki, Zəlimxan Məmmədli və onun azsaylı tərəfdarları bu hərəkətləri ilə 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinə zərər vurduqlarının fərqində olmalıdırlar.
İkincisi, Azərbaycan ictimai-siyasi fikir tarixinə, xüsusilə də müstəqillik illəri ərzində formalaşan ictimai-siyasi fikirə yaxından bələd olan Zəlimxan Məmmədli bilməlidir ki, bu kimi hallarda məğlub tərəfin çoxluğun iradəsinə hörmət etməməsi onun özünün əleyhinə yönəlir. Əlbəttə, özünün cəmiyyətdəki imici haqqında ilk öncə Zəlimxan Məmmədli özü düşünməlidir. Ancaq Zəlimxan Məmmədli unutmamalıdır ki, indi verdiyi açıqlamalarla özünün yalnız Borçalı ictimai Cəmiyyətinin yeni rəhbərliyinə qarşı qoymur.
Zəlimxan Məmmədli bu addımı ilə özünü iyunun 25-də keçirilən konfransın bütün iştirakçılarına və onları dəstəkləyən əksər çoxluğa qarşı qoyur. Zəlimxan Məmmədli qəbul etməlidir ki, Cəmiyyətə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti nə Borçalı İctimai Cəmiyyətinin, nə ümumilikdə Borçalıların mövqelərinə uyğun olmamışdır. Onun Azərbaycan və Gürcüstan hakimiyyətinə qarşı müxalifətçiliyi əslində bütün Cəmiyyət üçün arzuolunmaz vəziyyət yaratmışdır. Hər bir fərdin, o cümlədən Zəlimxan Məmmədlinin öz fikirlərini açıq söyləmək hüququ var. Ancaq Zəlimxan Məmmədli Borçalı İctimai Cəmiyyətinin sədri kimi məsuliyyətli davranmalı, Azərbaycan və Gürcüstan hakimiyyətlərinə qarşı Cəmiyyətin sədri kimi müxalifətçi mövqedə olmamalı idi.
Ən azından Borçalı İctimai Cəmiyyətinin siyasi partiya olmadığını, ictimai birliklərin isə siyasətlə məşğul olmasına qanunun icazə vermədiyini nəzərə almalı idi. Zəlimxan Məmmədli siyasi partiya yarada və istənilən hakimiyyətə qarşı müxalif mövqedə ola bilər. Bu onun Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş hüququdur. Lakin Azərbaycan qanunvericiliyi ictimai birliklərə siyasi faəliyyəti qadağan edir və Zəlimxan Məmmədli öz hərəkəti ilə Cəmiyyəti qanundan kənarda qoyurdu.
Ona görə də, Borçalı İctimai Cəmiyyətinin ilk yaradıcıları və rəsmi təsisçiləri Eyvaz Borçalı, Hidayət Nuruyev və Şərif Kərimlinin və Cəmiyyətinin yüzlərlə fəalının növbədənkənar konfrans çağırmasının hansı zərurətdən meydana çıxmasını anlamaq lazımdır. Borçalı İctimai Cəmiyyətinin 250 nəfər fəal üzvünü iyunun 25-də növbədənkənar konfransının iştirakçılarını da isti yay günündə Beynəlxalq Mətbuat Mərkəzində bir araya gətirən də məhz Cəmiyyətin bu günü və gələcəyi üçün duyduqları narahatlıq olmuşdur. Zəlimxan Məmmədli uzun illər siyasi proseslərin içində olub və çoxluğun fikirlərinə hörmət edilməsinin gərəkliyini bilməlidir.
Zəlimxan Məmmədli onu da bilməlidir ki, məhz onun fəaliyyəti nəticəsində Cəmiyyətin indiki rəhbərliyinin üzərinə çətin bir vəzifə düşmüş oldu. İndi, Borçalı İctimai Cəmiyyətinin yeni rəhbərliyi Cəmiyyətin Borçalılar arasında olduğu kimi Bakı və Tbilisinin rəsmi dairələrində etibarını yenidən qazanmalı, onların dəstəyi ilə Cəmiyyətin qarşısında duran vəzifələri həyata keçirməlidir. Bu isə o qədər də asan olmayacaq. Çünki, Zəlimxan Məmmədlinin 7 illik rəhbərliyi dövründə Borçalı İctimai Birliyi az qala özünü müxalif bir qrum obrazı yaradıb. Bundan başqa Zəlimxan Məmmədlinin rəhbərliyi dövründə bir çox Borçalı əsilli ziyalı Cəmiyyətlə əlaqəsini kəsib.
Buna isə məhz Zəlimxan Məmmədlinin yanlış idarəetməsi səbəb olmuşdur. Borçalı İctimai Cəmiyyətinin yeni rəhbərliyi indi bu mirasdan da özünü xilas etməli, Borçalıların ümumi evinə çevrilməlidir. Zəlimxan Məmmədlinin bu iki mirasından xilas olmadan Borçalı İctimai Cəmiyyətinin yeni rəhbərliyi Cəmiyyətin qarşısında duran vəzifələri həyata keçirə bilməyəcək.
Ancaq iyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində bir araya gələn 250 nəfər Borçalı əsilli ziyalı Cəmiyyətin yeni rəhbərliyinin bu vəzifənin öhdəsindən gələcəyinə inanır. Məhz bu inamla da onlar Kərəm Hətəm oğlu Məmmədli Borçalı İctimai Cəmiyyətinin sədri seçiblər.
İndi Kərəm Məmmədli bu etimadı doğrultmaq, Zəlmixan Məmmədliyə isə həmyerlilərinin rəyinə hörmət etmək qalır. Kərəm Məmmədli qollarını çırmalayıb Cəmiyyətin sədri kimi üzərinə düşən vəzifəni icra etməli, Zəlimxan Məmmədli isə bir daha iyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbədənkənar konfransın nəticələrini şübhə altına almamalıdır. Əks halda, o, özünü Borçalı İctimai Cəmiyyətinin bütün üzvlərinə qarşı qoymuş olacaq.
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”