28-06-2016 [14:44]
"Ermənistan silahlı qüvvələrinin döyüş postlarında hansısa kamera nəzarət sisteminin olmasına inanmıram. Onlar montaj və yalançılıq işində yüksək səviyyədə peşəkardırlar”.
Bu sözləri Modern.az saytına açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O, prezident Serj Sarkisyanın Ermənistan silahlı qüvvələrinin döyüş postlarında quraşdırılmış nəzarət kameralarından bizim mövqelərə baxmasını bu cür şərh edib:
"Yalan qurmaq, reklam etmək üçün ermənilər və Sarkisyan uydurma kamera görüntüsü yaradıblar. Əgər erməni tərəfi təmas xəttində, cəbhədə hansısa nəzarət kamerası quraşdırıbsa Azərbaycan tərəfi o sistemi hər an məhv etməyə hazırdır.
Erməni silahlı qüvvələri hər hansı bir kamera quraşdırmış olsa belə, bu sisteminin Azərbaycan üçün heç bir hərbi və təhlükəsizlik baxımından qorxusu ola bilməz”.
Yaşar Aydəmirov deyib ki, Ermənistan silahlı qüvvələrinin texniki idarəetmə sistemlərinin koordinatları Azərbaycan Ordusuna məlumdur.
General-leytenant hesab edir ki, Sarkisyanın bu cür kamera nəzarət görüntüsü yaratması daxili auditoriya üçün hesablanmış manipulyasiyadır və bu, erməni xalqını azdırmağa hesablanıb:
"Ermənilərin hansı səviyyədə hərbi, texniki idarəetmə sistemlərinin olması bizə yaxşı bəllidir. Bu cür kameralar əgər quraşdırılbsa belə, bu sadəcə görüntü və gözdən pərdə asmaq xarakteri daşıyır.
Çünki bu gün Sarkisyanın həyata keçirdiyi uğursuz daxili və ordu siyasəti xalqın ayağa qalxmasına səbəb ola bilər.
Buna görə də Sarkisyan öz döyüş postlarında bu cür yalançı və uydurma nəzarət kameralarının quraşdırılmasını göstərməklə xalqın gözündə qalxmaq istəyir”.
Ehtiyatda olan general-leytenant bildirib ki, erməni tərəfi təmas xəttində hər hansı kamera nəzarət sistemi qurmuş olsa belə, onu idarə etmək üçün qərargahlara birləşmək gücünə malik deyillər:
"Ermənistan silahlı qüvvələri bu cür kameraların quraşdırılması və idarə edilməsi üçün heç bir hərbi-texniki gücə malik deyil.
Kameralarla təmas xəttinə nəzarət sistemi heç bir zaman Ermənistan silahlı qüvvələrinin hansısa komanda qərargah hissələri tərəfindən idarə edilə və baxış keçirilə bilməz.
O qədər kamera quraşdıran şirkətlər var ki, adi baxışı həyata keçirmək üçün istənilən sayda kameralar quraşdırmaq olar. Amma bunun heç bir müsbət nəticə ola bilməz və olmayacaq da”.
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”