"Əzəmətli təsiri olacaq..." - İsraildən və ABŞ-dan Türkiyə ilə anlaşmaya reaksiya

img

27-06-2016 [12:36]


"Türkiyəylə əldə olunan razılaşmanın İsrail iqtisadiyyatına da əzəmətli təsiri olacaq. "Əzəmətli” ifadəsini xüsusi olaraq vurğulayıram”.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu deyib.

İtalyanın paytaxtı Romada ABŞ xarici işlər naziri Con Kerrilə görüşündən sonra çıxış edən Netanyahu iki ölkə arasında əlaqələrin normallaşması üçün dünən axşam imzalanan razılaşma sazişi barədə sualları cavablandırarkən, bunun əhəmiyyətli bir addım olduğunu bildirib.

Kerri də müqaviləni məmnuniyyətlə qarşıladığını ifadə edərək, "Görmək istədiyimiz bir addım atıldı"  deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA