“Aprel hadisələrinə qədər biz deyirdik ki,..." - Sarksiyandan gözlənilməz açıqlama

img

26-06-2016 [15:44]


"Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunmalıdır".

Ermənistan prezidenti Serj Sarkisyan bunu Vatikan radiosuna müsahibəsində deyib.

"Aprel hadisələrinə qədər biz deyirdik ki, problem qarşılıqlı güzəştlər əsasında həll edilməlidir. İndi insanlar çətin başa düşürlər ki, güzəştlərə necə getmək olar... Bununla belə, mən əminəm ki, biz optimal bir yol tapmalıyıq”, - deyə S.Sarkisyan vurğulayıb.

O həmçinin bildirib ki, bu yol nə Ermənistan, nə də Azərbaycan üçün yox, Dağlıq Qarabağ xalqı üçün yaxşı olmalıdır.

"Və əminəm ki, bu yol tapılacaq”, - deyə Ermənistan prezidenti əlavə edib.

Virtualaz.org 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA