Böyük Britaniyanın baş naziri istefa verdi - Video

img

24-06-2016 [11:35]


Böyük Britaniyanın baş naziri Devid Kemeron ötən gün keçirilən referendumun nəticələri ilə bağlı xalqa müraciət edib.

Baş nazir çıxışı zamanı istefa verəcəyini bəyan edib.

Bundan əlavə Kemeron referendumun nəticələrinə uyğun olaraq Britaniya xalqının qərarını yerinə yetirəcəyini bildirib.

O, həmçinin bəyan edib ki, ölkənin Aİ-dən çıxması barədə danışıqları yeni Baş nazir həyata keçirməlidir.



Böyük Britaniyada keçirilən referendumun yekun nəticələri elan edilib. Yekun nəticələrə əsasən, `Brexit`in lehinə 51,9 faiz səs verilib. Yekun nəticələri Mançesterdə Seçki Komissiyasının (MSK) nümayəndəsi elan edib.

"Avropa İttifaqından çıxmağın lehinə 17 milyon 410 min 742 seçici səs verib. İttifaqın tərkibində qalmağın lehinə isə 16 milyon 141 min 241 səs verilib”, - MSK rəsmisi qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA