23-06-2016 [23:07]
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra yayılan bəzi məlumatlara aydınlıq gətirib.
Mia.az ANS-ə istinadən xəbər verir ki, Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərini kənarlaşdıraraq Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın hər şeyi özündə kilidləməsinə dair narahatlıq əsassız şayiədir.
Zaxarovanın sözlərinə görə, belə üçtərəfli formatdan həssas məsələlərin müzakirəsi üçün əvvəllər də istifadə olunub:
"Hər şey Minsk qrupunun digər iki həmsədri ilə sıx təmasda baş verir. Prezidentlərin Sankt-Peterburqda keçirilən görüşü Rusiyanın guya danışıqların yeni formatını fikirləşməsi, ATƏT-in Minsk qrupunun üzvlərini kənarlaşdıraraq hər şeyi öz əlinə alması ilə bağlı narahatlığın əsassız olduğunu göstərdi. Həmin görüşə Minsk qrupunun həmsədrləri də qatılmışdılar. Onlar görüşün keçiriləcəyi barədə əvvəldən məlumatlandırılmışdılar. Rusiya çalışır ki, Minsk qrupu çərçivəsində illərdir formalaşan potensialı qoruyub saxlasın. Rusiya Qarabağ münaqişəsinin həlli üçün yeni format fikirləşmir".
XİN nümayəndəsi Sankt-Peterburqda keçirilən üçtərəfli görüş barədə prezidentlərin birgə bəyanatının qəbul olunduğunu və həmin bəyanatda danışıqlar prosesində nələrin müzakirə olunduğu və hansı razılıqların əldə edildiyinin əksini tapdığını deyib.
Zaxarova deyib ki, görüşdə əldə olunan razılığı heç kim özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməməlidir.
M. Zaxarova tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb: "Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş, həqiqətən də, yüksək səviyyədə keçib".
Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov dünən açıqlama verərək, Sank-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib:
"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər".
Mia.az
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)