23-06-2016 [11:17]
"Bəzi qüvvələr çalışırlar ki, Eldar Mahmudov həyatdan getsin, onun əlində olan kompromatlar açılmasın”.
Bu fikirləri Eldar Mahmudovun ölüm xəbərinə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri PİA.AZ-a açıqlamasında qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Eldar Mahmudovun ölümü ilə bağlı xəbər yayılsa da, bu xəbər öz təsdiqini tapmadı. O da faktdır ki, sabiq nazirin törətdiyi cinayət əməlləri ortada olsa da, o məsuliyyətə cəlb olunmur. Həmçinin bir müddət əvvəl belə bir məlumat yayıldı ki, sabiq MTN rəhbəri Eldar Mahmudovun əlində iri çaplı məmurları şantaj etmək üçün kifayət qədər kompramatlar var. Eldar Mahmudovun əlində olan kompramatlar onun cəzadan kənarda qalması üçün yetərli olacaqmı və bu gələcəkdə dövlətə qarşı cinayətlər edən bir çoxları üçün cəzadan qurtulmaq üçün anoloq nümunə ola bilərmi?
Bu mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev öz fikirlərini pia.az-a bölüşüb.
Eldar Mahmudovdan alınan məlumatların prezidentə düzgün çatdırılmadığını iddia edən Hafiz Hacıyevə görə, Eldar Mahmudovun ölüm xəbəri yalan olsa da, onu həqiqətən öldürmək istəyən qüvvələr var:
"Düşünmürəm ki, Eldar Mahmudovun ölüm xəbərinin yayılması onu məsuliyyətdən kənarda saxlamaq üçün atılan addımdır. Ölkədə gedən proseslər və qanunlar kiminsə cinayət edib, sonra da kənarda qalmasına əsas vermir. Sadəcə olaraq bu məsələ müəyyən qrupların marağında olan məsələdir. Bir qrup Eldar Mahmdovun öldürülməsini, müəyyən işlərin gizli qalmasını, bir qrup isə həqiqətin üzə çıxmasını istəyir. Ehtimal edirəm ki, həqiqətin üzə çıxmasını istəyən qüvvələr daha çoxdur. Şəxsən cənab prezidentin özü istəyər ki, bu həqiqət ortaya çıxsın. Bu məsələnin necə olduğunu, Eldar Mahmudovun nə iş görmək istədiyini, dövlət çevirilişi ilə nəyə sahib olmaq istədikləri əlbəttə ki, prezidentə maraqlıdır.
Ancaq bəzi qüvvələr çalışırlar ki, Eldar Mahmudov həyatdan getsin, onun əlində olan kompromatlar açılmasın. O kompromatlar açılsa, çox pis nəticə verəcək. Çünki Eldar Mahmudov sıradan insan deyil. Milli Təhlüəsizlik naziri idi və 11-12 il hakimiyyətin içində olub. Bu baxımdan hansı məmurun hansı işlə məşğul olduğunu yaxşı bilir. Ona görə də qorxaq və cinayətkar məmurlar çalışırlar ki, Eldar Mahmudovu aradan götürsünlər. Düşünürəm ki, cənab prezident bu məsələnin tam təfsilatı ilə üzə çıxmağını istəyir.
Bilirsiniz ki, Eldar Mahmudovla "Beynəlxalq Bankı”n sədri Cahangir Hacıyevlə qohumdular. Təbii ki, hansı nazirə nə qədər pul verilməsi elə-belə olmayıb. Bunlar xahişlə olan məsələlərdir. Ancaq indi onlar aradan çıxmaq istəyirlər. Bunun yeganə yolu isə Eldar Mahmudovun ölümüdür. Ona görə çalışacaqlar ki, Eldar Mahmudov aradan götürülsün.
Son günlər xəbər yayılıb ki, Eldar Mahmudovun əlində bəzi videolar var. Bilirsinizmi, intim məsələlər indiki hakimiyyətin daxilində olan nazirlər üçün adi haldır. Onlar bu işlə bütün gün məşğul olurlar. Ona görə ölkə bu günə düşüb. Yalançı rəqəmlərlə milləti aldadırlar, alver getmir, camaat günü-gündən kasıblaşır. Əgər Eldar Mahmudovun dediyi videolar varsa, bu məmurlar üçün gündəlik həyatdır. Daha ciddi məsələlər var ki, kimlər dövlətə xəyanət etmək istəyiblər, kimlər xarici qüvvələrin alətinə çevrilib?! Bu həqiqətlərin üzə çıxması baxımdan mən istərdim ki, Eldar Mahmudov sağ qalsın.
Bəzi məmurlar var ki, dünyanı tutub qalacaqlarını düşünürlər. Ancaq elə deyil. Onlardan heyf alınmasa da, övladların heyf alınacaq. Onlar öz balaları üçün çox böyük bədbəxtliyin bünövrəsini qoyurlar. Tarix öz zamanında hər şeyi yerinə qoyacaq.
Eldar Mahmudovun əlində olan kompramatlarla cəzadan kənarda qalması üçün yetərli olacağını düşünmürəm. Hər kəs etdiyinin cəzasını çəkəcək. Eldar Mahmudovun əlində olan kompromatlarla dövlət başçısı ondan qorxan, çəkinən deyil. Çünki dövlət başçısının iradəsi ortadadır. Eldar Mahmudov bu gün ev dustaqlığındadır və hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Ancaq mən istərdim ki, hüquq-mühafizə orqanlarının qərəzsiz şəkildə bu işi aparsınlar. Çünki Eldar Mahmudovdan alınan bəzi məlumatlar dövlət başçısına düzgün çatdırılmır. Buna baxmayaraq, Eldar Mahmudovun törətdiyi cinayətlər cəzadan kənarda qalmayacaq. Əgər Eldar Mahmudovda olan həqiqətlər üzə çıxarsa, hakimiyyəti dırnaqarası idarə edənlərin paxırları açılacaq”.
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”