23-06-2016 [00:30]
Gürcüstanda səfərdə olan Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlmanentlərarası Dostluq Qrupunun rəhbəri Əflatun Amaşov bu gün azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartl bölgəsinin qubernatoru Paata Xizanaşvili ilə görüşüb.
Görüşdə qubernatorun azərbaycanlı və gürcü müavinləri olan Ramin İsmayılov, Kaxaber Quqeşaşvili və Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov iştirak edib.
Əflatun Amaşov görüşdə Azərbaycan-Gürcüstan münasibətlərindən söhbət açıb. Azərbaycan-Gürcüstan Dostluq Qrupunun rəhbəri görüşdə Azərbaycan ilə Gürcüstanın əsrlərlə davam edən və inkişaf edən dost və qardaş ölkələr olduğunu diqqətə çatdırıb: "Azərbaycan və Gürcüstanın dostluğu qədim köklərə əsaslanıb . Azərbaycan və Gürcüstan strateji baxımdan hərtərəfli tərəfdaş ölkələrdir. Azərbaycan həmişə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və Gürcüstanda stabilliyin tərəfdarıdır.”
Ə. Amaşov qubernator ilə görüşündə soydaşlarımızın yaşadığı rayonlarda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı, Azərbaycan dili və ədəbiyyatı fənninin tədris olunmaması haqqında fikir mübadiləsi apardığını qeyd edib.
O, qubernator P. Xizanaşviliyə soydaşlarımızın təhsil aldığı məktəblərdə belə məzmunlu problemlərin yaranmasının gələcəkdə narahatlıq doğuracağını deyib. Ə. Amaşov qubernatorla söhbət zamanı sovetlər dönəmində Tiflisdə A. S. Puşkin adına Pedaqoji İnstitut fəaliyyət göstərdiyini və bu ali məktəbdə Azərbaycandilli məktəblər üçün kadrlar hazırlandığını xatırladıb. O, təəssüf edib ki, indi Gürcüstanın heç bir ali məktəbində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim kadrı hazırlanmır. Görüşdə bu problem ilə bağlı fikir mübadiləsi aparılıb və həlli yollarının vacibliyi vurğulanıb.
Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili görüşdə Azərbaycanın Milli Məclisinin üzvü Əflatun Amaşovun bölgəyə səfərini yüksək qiymətləndirib və çıxışında Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib.
Qubernator Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran bir dövlət olduğunu vurğulayıb: "Azərbaycan ilə Gürcüstanın arasında iqtisadi baxımından çox böyük əməkdaşlıq var. Biz həm siyasi, həm iqtisadi sahələrdə birgə fəaliyyət göstərən ölkələrik. Gürcüstan həmişə beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini dəstəkləyib. Biz Azərbaycan ilə əlaqələrimizi daha da möhkəmlətmək istəyirik. Bu, yalnız iqtisadi sahədə deyil, həm də mədəniyyət və idman sahəsində də aiddir”.
Qubernator Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Əflatun Amaşov ilə görüşdə Azərbaycandilli məktəblərdə problemlər və onların həll olunmasına çalışacaqlarına söz verib.
Ə. Amaşov görüşdə ölkələrarası deputat qrupları arasında birgə görüşlər keçirməyin vacibliyini vurğulayıb: "Biz gələcəkdə Gürcüstan parlamentinin deputat qrupları ilə birgə görüşlər və məqsədyönlü tədbirlər keçirməyi düşünürük. Belə tədbirlər mənim fəaliyyətimdə ön sırada durur”.
Ə. Amaşov səfər çərçivəsində Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə də görüşüb söhbət apardığını qeyd edib. O, gələcəkdə belə görüşlərin mütəmadi şəkildə təşkil olunacağını vurğulayıb.
APA
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”