Ali Məhkəmədən gözlənilməz hökm - AXCP üzvünün cəzası azaldıdı

img

22-06-2016 [20:45]


Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Elvin Abdullayevin kassasiya şikayətinə baxılıb.

Hakim İmran Hacıqayıbovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, E. Abdullayevin ittiham olunduğu 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Onun cəzası 6 ildən 2 il 6 aya endirilib(APA).

Qeyd edək ki, Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA