AŞPA həmməruzəçiləri Musavat və Milli Şura liderləri ilə görüşdü - Müzakirələr

img

15-06-2016 [18:14]


Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda hüquq müdafiəçiləri ilə görüşüblər.

Görüşdə Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının rəhbərləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və digərləri iştirak edib. Görüşdə ölkədə insan hüquqlarının vəziyyəti, hüquq-müdafiə təşkilatlarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.  

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin bu gün həmçinin müxalifət təmsilçiləri ilə görüşləri olub. Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və digərlərinin iştirak etdiyi görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA