15-06-2016 [12:56]
Cahangir Hacıyevin xanımı Zamirə Hacıyeva barədə həbs qərarının verilməsini ekspertlər birmənalı qiymətləndirmir. Hazırda Zamirə Hacıyeva Azərbaycanda deyil. Onun Londonda olduğu bildirilir.
Cahangir Hacıyevin vəkili isə bildirib ki, Zamirə Hacıyeva barədə verilən həbs qərarı formal xarakter daşıyır.
"…Zamirə Hacıyeva on ildən artıqdır, xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir”,- deyə Aqil Layıcov bildirib.
Amma bu ərəfədə baş verən daha bir olay maraq doğurur. Bu ərəfədə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlində ölkənin tanınmış adamları və məmurlar barədə xeyli sayda intim video olması barədə məlumat yayılıb. Bu məlumatın həqiqət, yaxud yalan olduğunu söyləmək çətindir. Lakin ehtimal olunur ki, məlumatın Cahangir Hacıyevin xanımı barədə həbs qərarının ictimailəşməsindən sonra dövriyyəyə buraxılması təsadüfi deyil.
Məlumat üçün deyək ki, Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Mümkündür ki, bu məlumat Eldar Mahmudovun hakimiyyətə mesajıdır. Ekspertlər də hesab edir ki, məlumatı ötürən mənbə bu işdə maraqlı ola bilər.
Əgər bu mülahizələr əsaslıdırsa, o zaman yaxın vaxtlarda sensasion faktların şahidi ola bilərik.
Deputat Zahid Oruc bildirir ki, MTN-də aşkarlanaraq məhv edildiyi bildirilən disklərlə bağlı yayılan məlumatın mötəbərliyinə şübhə etməsə də, lakin həmin qurumda çalışmadığından kasetlərin və ya başqa məlumatların necə şifrələndiyini, saxlanıldığını təyin etmək çətindir.
Z.Oruca görə, amma o həqiqətdir ki, kəşfiyyat orqanları müəyyən məlumata sahib ola bilirlər. Və məhz bu cür fəaliyyətlərinə görə də, sanki bir ilahi qüdrət əldə edirlər: "Məhz bu müşahidənin hesabına sanki hamını nəzarətdə saxlayırlar. Xüsusi xidmət orqanlarının kriminal bandaya çevrilməsi tək Azərbaycanda baş vermir. Məxfi orqanlarla bağlı skandallar dünyanın hər bir ölkəsində baş verib. Azərbaycan praktikasında həm iqtisadi, həm təhlükəsizlik, həm maliyyə sferasında, yəni üç cəbhədə ona görə böyük avantüralar yaşamışıq ki, Eldar Mahmudov Cahangir Hacıyevlə qohum olub. Bu fəaliyyət də dövlət əleyhinə bir cəbhə kimi formalaşıb. Yəni bir qurumun rəhbəri Azərbaycanın dövlət resursları üzərində çox asanlıqla qərar verə bilirsə, daha sonra hamını imkanlarına görə, müxtəlif çətir altında məlumat toplamaq adı ilə onların şəxsi həyatlarına nüfuz ediblərsə, sonradan bunu da dövlətin mənafeyi ilə əlaqələndiriblərsə, deməli, çox mürəkkəb bir şəbəkə formalaşıb. Harada Azərbaycanın maraqlarının başlayıb, harada isə Eldar Mahmudovun maraqlarının bitdiyini təyin etmək mümkün olmayıb”.
"Ciddi araşdırma aparılmalıdır”
Z.Oruc onu da bildirib ki, Z.Hacıyevanın barəsində həbs qərarının verilməsi ilə dövriyyəyə digər informasiyaların çıxarılması arasında paralelliyi araşdırmaq dövlət təhlükəsizlik qurumunun vəzifəsidir.
Z.Oruc hesab edir ki, E.Mahmudov bütövlükdə ortadan götürülməyib: "Eldar Mahmudov uzun müddət şifrəli və məxfi kod altında olan informasiyalarla işləyib. Bu, onun birbaşa kompetensiyası idi. Bu məqam hələ də ayrı-ayrı insanlar üzərində bir xof elementi olaraq qalmaqdadır”.
Z.Orucla mətbuatda irəli sürülən daha bir fərziyəyə aydınlıq gətirməyə çalışdıq.
Söhbət Binəqədidə süni örtüklə üzlənmiş binada baş verən yanğının təsadüfi olmadığı ilə bağlı fikirlərdən gedir. Hətta belə bir fikir var ki, MTN-də baş verənlərlə yanğın arasında bir əlaqə var.
Z.Oruc bildirib ki, belə bir əlaqənin olmasına şübhə etmir. Z.Oruc hesab edir ki, eyni zamanda Avropa Oyunları ərəfəsi baş verənlər və bir sıra başqa hadisələr sübut edir ki, cərəyan edən olaylar təsadüfi olmayıb: "Xüsusən hökumət içərisində guya qruplaşmaların olduğu, mənafe savaşlarının getdiyi, Eldar Mahmudovun vəzifəsindən çıxarılandan sonra belə guya baş nazir gətiriləcəyi ilə bağlı versiyalar səslənirdi. Bu həmin cinayətkar şəbəkələrin işi idi”.
"Binəqədidə binadakı yanğın törədilmişdi”
Z.Oruc hesab edir ki, Binəqədidəki bina yanğını öz-özlüyündə baş verə bilməzdi. Binəqədidəki binanın üzlənməsində istifadə olunan üzlüyün Türkiyə və Almaniyada geniş istifadə olunduğunu deyən Z.Oruc qeyd etdi ki, binadakı yanğın insani vasitələrlə həyata keçirilib: "Binəqədidəki yanğın hər hansı qığılcımın, qısaqapanmanın nəticəsi deyil. Prokurorluq orqanının işçisi olmadığımdan bütün söylədiklərim öz düşüncələrimdir”.
Bu faciəvi terror hadisəsinin törədilməsində məqsədin nə olduğuna və bu hadisənin arxasında hansı qüvvələrin dayanmasına gəlincə isə, Z.Oruc vurğulayıb ki, burada məqsəd müxtəlif hədəflərin vurulması olub: "Burada daxildə güc göstərən qüvvələrlə yanaşı, xarici agentura şəbəkəsi də işləyib. Hər halda bina örtük ilə arasındakı boşluqda yaradılan istilik effektləri, yanğına kömək edən vasitələrlə alovlanıb. Buna mənim heç bir şübhəm yoxdur. Üç dəfə – həm Sumqayıtda, həm də Bakının müxtəlif nöqtələrində bu istiqamətdə addımlar atılıb”.
"O zaman, Sizin fikrinizcə, 2015-ci il aprelin 10-da Nobel prospektində baş verən yanğın da təsadüfi deyilmiş” sualına Z.Orucun cavabı belə olub:
"O hadisə haqqında konkret informasiyam yoxdur. Amma bu olaydan öncə Bakının ucqarlarında iki dəfə oxşar hadisə baş verib. Lakin insan itkiləri olmadığından ictimai narahatlıq yaratmayıb. Parlament üzvü kimi biz bu məlumatları ictimailləşdirmək hüququna sahibik. Sovet NKVD-si qılıncla xeyli insanların taleyini sındırmışdı. Bizim MTN-çilər taleləri sındırmaqla yanaşı, onların tamahları da iti olub. Amma Beriya bu qədər külli miqdarda vəsaitlərə sahib olmamışdı. Müəyyən şəxslər zamanında əldə etdiyi vəsaitlərlə özünün, yaxın qohumlarının təhlükəsizliyini təmin edəcəyini düşünürsə, yanılırlar. Bu vəsaitlərdən istifadə edərək, müxtəlif KIV-lərə məlumat ötürəcəklərini, dövlətdən oğurladıqları hesabına ömürlərinin axırlarına qədər firavan yaşayacaqlarını hesab edirlərsə, bu, yanlışdır. Dövlətin görən gözü hazırda daha aydındır və onların hərəkət marşurutlarını izləməyə imkan verir”(azadlıq.info).
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq