14-06-2016 [14:53]
Elxan ŞAHİNOĞLU, "Atlas” Araşdırmalar Mərkəzi
Sərsəng su anbarının işğalının ekoloji fəlakətə aparmasıyla bağlı petisiya Ağ Ev saytında yerləşdirildikdən sonra həmin petisiyaya 330 mindən çox insan imza atdı. Bu isə prezident Barak Obama Administrasiyasının petisiyaya cavab verməsi üçün lazım olan imza sayından üç dəfə çox idi.
Ağ evin petisiyaya cavabında aşağıdakılar diqqəti cəlb edir:
Birincisi, petisiyada deyilir ki, "Ağ ev Sərsəng su anbarı ilə bağlı AŞPA-da qəbul edilən 2085 saylı qətnamə ilə tanışdır, ancaq AŞPA üzvü olmamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan istənilən tərəflə fikir mübadiləsi aparmaq imkanlarını yüksək qiymətləndirir”.
İkincisi, petisiyada deyilir ki, "biz tərəfləri təmkinlik göstərməyə, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi üzərində dərhal danışıqlara başlamağa çağırırıq”.
Azərbaycanda petisiyanın Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması fikri müsbət reaksiya doğurub. Ancaq bu cümlə Dağlıq Qarabağın statusunu müəyyənləşdirən sülh sazişinə bağlanıb ki, bu da Ağ evin münaqişənin həllinə baxışında ATƏT-in Minsk Qrupunun müvqeyindən fərqlənmədiyini göstərir. Başqa cür olması da mümkün deyil. Çünki ABŞ Minks Qrupunun 3 üzvündən biridir.
Əlbəttə, Ağ evin petisiyaya cavabda "Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması…” ifadəsini işlədilməsi işğal faktını təsdiq edir, ancaq cümlənin sonrakı hissəsində "Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi…” ifadəsinin yer alması Vaşinqtonun münaqişənin həllində birmənalı Azərbaycanın mövqeyini müdafiə etmədiyini göstərir. Azərbaycan Dağlıq Qarabağın statusunun "müyyənləşdirilməsini” deyil, yalnız müzakirəsini işğal faktına son qoyulduqdan, Ermənistanın qoşun hissələri Dağlıq Qarabağı tərk etdikdən və azərbaycanlı qacqınlar geri qayıtdıqdan sonra mümkün sayır. Petisiyaya cavabda isə "işğala son qoymaqla”, "statusun müəyyənləşməsi” bərabər tutulur.
Petisiyanın əsas mahiyyəti Ağ evin diqqətini Sərsəng su anbarının işğalına və bu işğalın bölgədə ekoloji fəlakətə yol açdığını göstərməkdən ibarət idi. Ancaq bu məsələyə də Ağ evin cavabı ikibaşlı və heç də Azərbaycanın maraqlarına uyğun deyil. Məsələn petisiyaya cavabda deyilir ki, Sərsəng su anbarının idarə olunması və istismarı tərəflərlə davam edən dialoqun bir parçası olmalı və humanitar məsələlərlə bağlı müzakirələr aparılmalıdır. Bu cavab Azərbaycanın maraqlarına uyğun deyil.
Birincisi, Ağ evin petisiyaya cavabının bu hissəsində Sənsəng su anbarının ətrafında ekoloji fəlakətin olduğu və bundan ətraf rayonlardakı azərbaycanlıların əzab çəkdiyi faktı təsdiq olunmur. Halbuki, Azərbaycan bütün dünyaya sübut etməyə çalışır ki, erməni separatçıları Sərsəng su anbarını işğal altında qəsdən baxımsız şəkildə saxlayırlar, bu isə bölgədə ekoloji fəlakət təhlükəsini artırır.
İkincisi, Ağ evin petisiyaya cavabının bu hissəsində "tərəflər humanitar məsələləri müzakirə etməlidirlər” fikri erməni separatçılarının maraqlarına uyğundur. Çünki, Ermənistan hakimiyyəti və Xankəndidəki separatçılar rəsmi Bakıya Sərsəng su anbarını birgə istifadə etməyi təklif edirlər. Rəsmi Bakı bu təklifə rədd cavabı verir. Çünki, bu münaqişə nizamlanmadan və işğala son qoymadan Azərbaycanın işğalçı qüvvələrlə əməkdaşlığına yol açacaq.
Beləliklə, ümumilikdə Ağ evin petisiyaya cavabını Azərbaycanın xeyrinə olduğunu söyləmək çətindir. Əsas uğur həmin petisiyanın 300 mindən çon insanın imzalaması və problemin mahiyyətini iki aydan çox Ağ evin saytında oxunmasıdır.
Ağ ev Azərbaycandan göndərilən əvvəlki petisiyalara da bu şəkildə cavab vermişdi. Məsələn, Azərbaycandan 2013-cü ildə Ağ ev saytına iki petisiya göndəilmişdi. İki petisiyaya ümumilikdə 250 minə yaxın insan imza atmışdı. Dağlıq Qarabağ və işğal olunmuş ərazilərə dair petisiyaya 105686, Xocalıya dair petisiyaya isə 126 828 nəfər imza atmışdı.
Ağ ev bu iki petisiyaya rəsmi cavabı 26 fevral 2013-cü ildə vermişdi. Birinci petisiya "Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət yetirin. Azərbaycan ərazisinin 20 faizi Ermənistan ordusu tərəfindən işğal edilib" adlanırdı. İkinci petisiya imza atan azərbaycanlılar isə Obama administrasiyasını Xocalı qətliamı və onun qurbanlarını anmağa, o cümlədən müharibə cinayətlərini tanımağa çağırmışdı. Ağ evin "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliyi var" adlı bəyanatda hər iki petisiyaya bu şəkildə cavab verilirdi: "ABŞ münaqişənin hərbi yolla həll oluna bilməyəcəyini xatırladır və Ermənistanla Azərbaycan arasında baş vermiş müharibə zamanı faciəvi insan tələfatına görə dərin təəssüf hissi keçirir”. Yəni petisiyaya cavabda nə işğala hüquqi qiymət verilir, nə də Xocalı ifadəsi yer alır.
Azərbaycandakı fəallar Ağ evin saytına daima petisiyalar göndərməklə diqqəti işğal faktına, Sərsəng su anbarının ağır durumuna və Xocalı soyqırımına yönəltməyə çalışırlar. Ancaq petisiyaya verilən cavablar göstərir ki, Ağ ev Ermənistanı və erməni işğalçılarının hərəkətlərini pisləmək istəmir və faktiki işğala məruz qalanla - Azərbaycanla, işğalçı - Ermənistanla bərabərlik işarəsi qoyur, məsuliyyəti iki ölkə arasında bölüşdürür.
Barak Obama üçün Cənubi Qafqazın problemləri və Dağlıq Qarabağ münaqişəsinin həlli maraqsız idi. Buna görə də Azərbaycan ABŞ-ın növbəti prezidenti ilə əməkdaşlığa hazırlaşmalıdır.
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA