Spikerdən deputata etiraz: “Sənin sözün olmayan vaxtı olur ki, ay Zahid ?!"

img

14-06-2016 [12:28]


Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında növbəti söz atışması yaşanıb.

Buna səbəb millət vəkili Zahid Orucun cari məsələlərin müzakirəsinə təkid etməsi səbəb olub. Spiker isə Z. Oruca bir qədər əsəbi tərzdə cavab verib.

"Sənin sözün olmayan vaxtı olur ki, ay Zahid ?! Elə deyən kimi deyirsən ki, sözüm var”- deyə, spiker qeyd edib.

Z. Oruc da öz növbəsində spikerə yerdən etirazını bildirib.

Ancaq iclas cari məsələlərin müzakirəsi olmadan öz işinə başlayıb.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA