AŞPA həmməruzəçiləri Azərbaycana gələcək – Səbəb

img

14-06-2016 [10:20]


AŞPA -nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak, Sezar Florin Preda 15-17 iyun tarixlərində ölkımizə faktaraşdırıcı səfər edəcəklər.

Səfər çərçivəsində həmməruzəçilərin Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Baş prokuror Zakir Qaralov, Ədliyyə naziri Fikrət Məmmədov və MSK sədri Məzahir Pənahovla görüşləri gözlənilir.

Həmməruzəçilər həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti, media üzvləri, parlamentdən kənar partiya nümayəndələri və beynəlxalq icmalarla bir araya gələcəklər. 

Qeyd edək ki, Belçikadan olan deputat Alan Destexhe və həmməruzəçilər 90-cı seçki dairəsinə keçirilən təkrar parlament seçkilərində beynəlxalq müşahidəçi kimi AŞPA- nı təmsil edəcəklər.

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA