Türkiyə Azərbaycana yeni səfir təyin etdi - Alper Coşkun geri çağırıldı

img

13-06-2016 [18:42]


Türkiyə bir sıra ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirlərini dəyişdirib.

"Hürriyet"in xəbərinə görə, yeni böyükelçilər qərarnaməsinə əsasən dəyişiklik baş verən səfirliklər arasında Türkiyənin Azərbaycandakı səfirliyi də var.

Məlumata görə, hazırkı səfir İsmayıl Alper Coşkunun yerinə bu vəzifəyə Erkan Özoral təyin olunub. E. Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin müstəşarı (aparat rəhbəri) Meral Barlaş isə Argentinaya səfir göndərilib.

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA