ALP-dən hakimiyyətə çağırış - Gürcüstandakı soydaşlarımızla bağlı

img

11-06-2016 [15:19]


Bu gün Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın sədrliyilə partiya rəhbərliyinin, təhsil komissiyası üzvlərinin toplantısı olub. 

Mia.az-ın məlumatına görə, toplantıda Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemi də müzakirə olunub. ALP rəhbərliyi hesab edir ki, Azərbaycan Respublikası Gürcüstanda yaşayan azərbaycanlılara ciddi humanitar dəstək verməlidir. Bunun üçün Gürcüstan Respublikası ilə məhsuldar əməkdaşlıq etməli və Azərbaycan Dillər Universitetində Gürcü Dili fakultəsi açılmalı, Gürcüstanda yaşayan AZƏRBAYCANLILAR ora imtahansız, attestatla qəbul edilməli və Gürcüstanda azərbaycanlı məktəblilərində gürcü dilini öyrətmək üçün gürcü dili müəllimləri hazırlanmallıdır. Azərbaycan dövləti onlara hərtərəfli dəstək verməlidir. Azərbaycan Gürcüstanda azərbaycanlı məktəblərində dərs deyən azərbaycanlı müəllimlərə maaşlarından əlavə maddi yardım göstərməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA