"Bu insanlar Azərbaycan tarixinə ləkə salır" - Partiya sədrindən ittiham

img

10-06-2016 [17:10]


"Nemət Pənahlı Azərbaycan milli hakimiyyətinin devrilməsində xüsusi xidmətləri olmuş bir insandır”.

Bu sözləri Nemət Pənahlının "Rus qoşununu Azərbaycandan AXC iqtidarı çıxarmayıb” iddiasına münasibət bildirərkən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev PİA.AZ-a açıqlamasında qeyd edib.

Xatırladaq ki, Nemət Pənahlı "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəsində bir sıra qalmaqallı fikirlər səsləndirib. Xüsusilə "Rus qoşununu Azərbaycandan AXC iqtidarı çıxarmayıb”, iddiası ilə çıxış edib. Nemət Pənahlının bu iddiası ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Hafiz Hacıyev: "Nemət Pənahlının Azərbaycan milli hakimiyyətinin devrilməsində xüsusi xidmətləri olub”
Nemət Pənahlının iddialarının əsassız olduğunu vurğulayan Hafiz Hacıyevə görə, Nemət Pənahlı bu iddiaları ilə tarixi danmaq istəyir.

"Nemət Pənahlıda səviyyə yoxdur. O, tarixi və faktları danmaq istəyir. Onun iqtidara qarşı həmişə anti-patiyası olub. Nemət Pənahlı normal bir insan deyil. O, elə bir əhəmiyyətli insan deyil ki, onun fikirləri də əhəmiyyətli olsun.

Nemət Pənahlı Azərbaycan milli hakimiyyətinin devrilməsində xüsusi xidmətləri olmuş bir insandır. O adam şər-böhtanla məşğuldur. Onun danışdıqlarının hamısı yalandır. Əsasları yoxdur, faktlara söykənmir. Onu türmə də ağıllandırmadı. O adam hara işlədiyini özü də bilmir. Bu insanlar Azərbaycan tarixinə ləkə salır.”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA