10-06-2016 [16:43]
Azərbaycanın sabiq prezidenti mərhum Əbülfəz Əliyev (Elçibəy) universiteti bitiridikdən sonra yoldaşları ilə birlikdə Moskvaya gedir.
Moskvada onları tərcüməçi kimi hazırlayıb məşqlər keçirlər və 1963-cü ilin yanvarında Əbülfəz Əliyevi Misirə Asuan bəndində tərcüməçi kimi işləməyə göndərirlər.
Əbülfəz Əliyev Misirdə olanda qardaşı Murad Əliyevə məktub yazır.
Mia.az Moderator.az-a istinadən həmin məktubu təqdim edir:
"Əziz qardaşım Murad.
Birinci sənə öz isti salamlarımı göndərirəm. Öz dost tanışlarınla bilrikdə can sağlığı, gülər üzlü yaşayış diləyirəm. Qardaşım, səndən çoxdandır yazı almıram. Deyəsən, işlərin lap çoxalan vaxtıdır. Ancaq işlərin çox olmasına baxma, orda bir əl boydaca pitik yazıb yola salsan yaxşıdır. Qardaşım Murad, yaz görüm işlərin necə gedir. Nə var, nə yox? Yoldaşın, evdəkilər necədir? Nəzir müəllim necədir? Birgə işlərin necə keçir? Qardaş, uşaqlar, yoldaşlar, tanışlar, daha doğrusu yaxın adamlar haqqında bir məktub yazsan pis olmaz. Bir az da özüm haqqında yazım.
Özüm yaxşıyam. İşlərim asan, yağ kimi gedir. Arada bir hirslənirəm, acıq edirəm, sonra bir az yaxşı hiss edirəm özümü. Beləliklə, günlərim keçir. Gördüyün Əbülfəzəm. Bir az qocalmışam. Yəni yaşlaşmışam. Arada bir saqqal saxlayıram. 2-3 ay sonra qırxıram. Onu da deyim ki, burada cavanlar saqqal saxlamır, qocalar da ki, tək-tək hallarda saqqal saxlayır. Başımı aparırlar, bu saqqal nədir deyirlər. Soruşurlar, mən də deyirəm ki, bu, bizim yerlərdə adətdir. Aldadıram. 5000-dən biri tanıyır ki, Azərbaycan haradadır. Heç bilmirlər ki, Azərbaycan nə olan şeydir. Çox savadsız adamlardırlar. Bir minə kimi adam mənim hesabıma Azərbaycanı tanıyır. Biri ilə bir-iki söz danışan kimi, soruşuram ki, Azərbaycanı tanıyırsan? Deyir ki, yox. Mən də aydınlaşdırıram ki, Azərbaycan cənnət kimi bir ölkədir.
Adamları 100-150 il yaşayır. Çoxsunun gözü bərələ qalır. Deyirəm ki, 100-140 yaşlı kişilər at minir. Qocalar köksünü ötürürlər. Nə isə, lağlağı da edirəm, günlərim keçir. Bunlara baxmayaraq burada çox darıxıram. Mən deyən olsa, 7 aydan sonra vaxtım qurtarır. İstəyirlər yenə saxlasınlar, ancaq qalmayacağam. Bəlkə tez gəldim, görək nə olur. Ya oktyabr ayında, ya da dekabrın axırında gələcəyəm.
Nə isə, qardaşım Murad. Bunları yazdım ki, oxuyasan, vaxtın keçsin. Axı söz yoxdur yazmağa. Sənə öz fikrimi yazıram. Gələn kimi Almuradı evləndirərik. Mən də kitab yığıram, gələn kimi aspiranturaya girməyə çalışacağam. Sən də çalış, bəlkə qiyabi geoloji instituta girəsən. Ya da özün bilən yaxşıdır. Ancaq mən hökmən aspiranturaya girəcəm. Necə olur, olsun. Bakıda da olmasa, Moskvaya gedib oxumalıyam. Nə isə, bu haqda sonra düşünərik. Gələn kimi iki ay buraxılış dinclik olacaq. Ondan sonra baxarıq. Yaz görüm, nə xoşuna gəlir, alım gətirim. Yaz görüm, anam necədir? Mən onun haqqında lap çox düşünrəm. Ürəyim də narahatdır. Bilirəm ki, bir şey yoxdur. Ancaq bilmirəm sağlamlığı necədir? Zəif deyil ki?
Nə isə, qardaşım Murad, sənə yazıram. Düzünü bilmirəm, bəlkə 3-4 aydan sonra evə (Kələkiyə) məktub yazdılar. Rusca olacaqdır. Orda mənim şəkillərim də olmalıdır. Alıb hamısını oxuyub saxlayarsınız. İtirməyin, saxlayın mən gələnə. Bilmirəm, bəlkə yazmadılar. Əgər yazsalar,, al oxu saxla. Yazamsalar da ki, heç. Onu göndərsələr, Moskvadan göndərəcəklər. Nə isə boş şeydir. Daha nə yazım. Sənə görkəmimi göndərirəm. Məndən salam Nəzir, Xəlil, Zülfüqar müəllimə. Xurşud oradadırsa, Xurşuda, hamısının ailələrinə, uşaqlarına, Sevil bacıya xüsusi salamlar.
Əbülfəzlərə - bütün kəlbəcərli dost-tanışlara, bütün iş yoldaşlarına, bu yazını oxuyanlara, qulaq asanlara. Yazan Əbülfəz bəy. (Ərəblər bir adama müraciət edəndə ya "bəy”, ya "paşa”, ya da "mister”, "ağa”, "cənab” deyirlər). Nə edək qoy desinlər. Mənə marka göndər. Bir də Kəlbəcərin meşələrinin şəkli olsa, göndər, ərəblərə göstərim. Kəlbəcərlilərə de ki, Kəlbəcər Kəlbəcər deyil, cənnətdir. Ərəbistan da cəhənnəm. Bütün Misiri gəzəsən, bir budaq tapa bilməzsən. Kəlbəcərin bir yaşıl dərəsini bütün Misirdən üstü tuturam. Nə isə, bir belə bəsdir.
Yazan qardaşın Əbülfəz
16 may 1964-cü il”.
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq