"Rusiyanın bu regiondakı rolu çox böyükdür" - Polad Bülbüloğlu

img

10-06-2016 [15:45]


Rusiya şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bir çox məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir.

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O bildirib ki, Rusiya regionun ən böyük, ən güclü ölkəsidir və 200 ildən çoxdur belə davam edir:

"Təbii olaraq, Rusiyanın bu regiondakı istənilən məsələdə - istər iqtisadi, istər siyasi və müəyyən mənada ictimai məsələlərdə - rolu çox böyükdür. Bilirsiniz ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onun mövqeyindən çox şey asılıdır. BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr Rusiyanın razılığı olmadan qəbul edilə bilməzdi. Lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müttəfiqidir. Ermənistan tamhüquqlu üzv kimi Avrasiya İttifaqına daxil olub. Təbii ki, Rusiya Ermənistanın maraqlarını da nəzərə almaya bilməz. 

Mən düşünmürəm ki, Ermənistanın və erməni xalqının maraqları başqalarının torpaqlarının işğalı ilə bağlıdır”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA